Modern barbarlar! Kin ve nefretinizde boğulun. https://t.co/FS2S4WGR5C
— İbrahim Kalın (@ikalin1) February 7, 2023 Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Fransanın satirik “Charlie Hebdo” jurnalının dağıdıcı zəlzələ ilə bağlı karikaturasına reaksiya verib.
“Report”un məlumatına görə, o, bu barədə tviter səhifəsində paylaşım edib.
“Müasir barbarlar. Kin və nifrətinizdə boğulun”, - İ.Kalın yazıb.
Qeyd edək ki, jurnalın “Türkiyədə zəlzələ” karikaturası “Artıq tank göndərməyə ehtiyac yoxdur!” ifadəsi ilə müşayiət olunur.