İkinci düşmən: Ukrayna korrupsiyaya savaş açıb
Ukrayna hökumətində fövqəladə kadr dəyişiklikləri baş verir. Bu xəbər hazırlananda korrupsiya ittihamı ilə vəzifədən gedən və ya işdən çıxarılan məmurların sayı 11-ə çatmışdı. Prezident Zelenski xalqın etimadını bərpa etməyə çalışır, amma ittihamlar çox ciddi, dövr çox pisdir.

Müttəfiqlərindən milyardlarla dollarlıq hərbi, humanitar və maliyyə yardımı alan Ukraynada korrupsiya iddiaları bu dəstəyi risk altında qoyur.


İş o yerə çatıb ki, bəzi amerikalı siyasətçilər Ukraynaya yardımı məhdudlaşdırmağa çağırıblar.

“Ukrainska Pravda” saytının araşdırmaçı jurnalisti Mykhaylo Tkach-ın iddiasına görə, yüksək rütbəli bir məmurun şəxsi məşqçisi Rusiyanın Ukraynaya hücumundan bu yana milyonlarla funt sterlinq alıb.

Tkach Zelenskinin köməkçilərindən biri haqqında da yazıb.

Tanınmış podratçının Prezident ofisinin müdir müavini Kirilo Timoşenkonun ailəsini bir mülkə köçürməsi xəbərindən iki ay sonra o istefa verib.

Jurnalistin yaydığı video materiallarda Timoşenkonun bir neçə ay ərzində “Porsche” markalı avtomobil sürdüyü görünür.

Timoşenko isə yanlış bir hərəkət etmədiyini iddia edib.

“Deputatlar və məmurlar pullarının mənbəyini açıqlamaq istəməyəndə dəbdəbəli sərvətlərini öz qohumlarının adına keçirirlər”, – Tkach belə deyir.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-01_1675129841_1.jpg
Ukraynanın milyardlarla dollar yardım alması fonunda jurnalist Mykhaylo Tkach korrupsiya ittihamlarını araşdırır
Ukraynanın milyardlarla dollar yardım alması nəzarət məsələsini gündəmə gətirir
“Bunlar göstərir ki, cəmiyyətin məmurların hər addımından xəbərdar olması lazım gələn dövrdə şəffaflıq yoxdur”.

Jurnalist korrupsiyanın bir çox başqa ölkələrdə də olduğunu qəbul edir. Buna görə də hesab edir ki, ən vacib şey baş verənlərə etiraz etməkdir.

Ötən həftə Ukraynanın infrastruktur nazirinin müavini Vasil Lozinski vəzifədə olduğu müddətdə büdcədən 400 min dollara yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.

Müdafiə naziri Aleksiy Reznikova qarşı isə rəhbərlik etdiyi qurum üçün ərzaq tədarükü tenderinin qiymətini şişirtmək iddiası üzrə istintaq başladılıb.

“Söhbət Ukraynanın yaşamaq uğrunda mübarizəsindən gedir. Bu, ölkəmiz üçün adi bir il deyil. Ona görə də prezidentin təşəbbüsü ilə baş verən bu istefa dalğasını mühüm və zəruri addım hesab edirəm”, – Tkach bildirib.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-01_1675129925_1.jpg
İvana illərdir vəzifədə olan siyasətçilərin yerinə yenilərinin gətirilməli olduğunu düşünür.
Ukrayna 31 il əvvəl müstəqilliyini elan edəndən bəri korrupsiya dövlət xidmətlərini və ən çox da siyasəti sarsıdıb.

Xalqın demokratik rejimdə yaşamaq istəyi o qədər böyük vüsət alıb ki, sonuncu Moskvayönlü hökumət 2014-cü ildə xalq üsyanı ilə hakimiyyətdən kənarlaşdırılıb.

O vaxtdan bəri Ukrayna bir sıra islahatlara cəhd edib, buna Rusiyanın ölkəyə hücumları da təkan verib. Qərbin davamlı dəstəyini təmin etmək üçün dəyişiklik vacib hesab olunub.

Bu prosesdə korrupsiya ilə mübarizə aparan yeni institutlar, dövlət xərcləri üçün yeni sistemlər və yeni polis strukturu yaradılıb və siyasətçiləri tez-tez öz heyrətamiz sərvətlərini açıqlamağa məcbur ediblər.

Ukrayna Parlamentinin Korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Yaroslav Yurçişin deyir ki, “Biz nəticə istəyirdik. Bəli, keçmişdəki korrupsiyanın qalıqları var, amma ən azı indi bunu sükutla qarşılamırıq. Növbəti addım onların qarşısını almaq olacaq”.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-01_1675129924_2.jpg
Yurçişinin fikrincə, nazirlərin Qərb yardımlarını riskə atan səhvlərini ifşa etmək üçün bundan yaxşı vaxt ola bilməz:

“Qərb tərəfdaşları başa düşürlər ki, bizim iki savaşımız var. Birincisi Rusiyaya qarşı, ikincisi isə Ukraynanın gələcəyi naminə daxili savaşımızdır”.

Rusiyanın Ukraynaya 2022-ci ilin fevral ayında başlamış təcavüzündən əvvəl Avropa İttifaqı və ABŞ Kiyevin korrupsiyaya qarşı mübarizə tempindən narazı idilər.

Hələ ki yeni iddiaların Zelenskinin siyasi taleyinə necə təsir edəcəyi məlum deyil. Amma artıq ABŞ antikorrupsiya qərarlarını “sürətli və qətiyyətli” adlandırıb.

Zelenski digər müttəfiqlərin də bu mövqedə olacağına ümid edir.

Materialın hazırlanmasında Hanna Chornous və Siobhan Leahy də iştirak ediblər.
pressklub
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı

Dünyapress TV

Xəbər lenti