“Baş verən hadisələrlə bağlı hörmətli Prezidentimiz bu silahlı hücumu terror aktı kimi qiymətləndirib və terror aktını pisləyib. Bu, ölkəmizin mövqeyidir”.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Xələf Xələfov bildirib ki, biz bu hadisə baş verəndən sonra öncə İranın ölkəmizdəki səfrini Xarici İşlər Nazirliyinə dəvət etdik:
"Əlimizdə olan ilkin məlumatlar əsasında Azərbaycan dövlətinin tələblərini İran səfirinin nəzərinə çatdırmışıq. Əsas tələbimiz ondan ibarətdir ki, İran məsuliyyət daşıyan dövlət kimi beynəlxalq öhdəlikləri çərçivəsində baş vermiş terror aktını hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə tədqiq etməlidir, cinayətkarları məsuliyyətə cəlb etməlidir, cinayətkarların arxasında duran, təşkil edən, bu cinayətin törədiıməsində əli olan bütün iştirakçılara müəyyən etməlidir və onları ədalət məhkəməsinə cəlb etməklə cəzalandırılmalıdır”.