BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) yanvarın 31-də Azərbaycanın Ermənistana qarşı işi üzrə ictimai dinləmələr keçirəcək.
Bu barədə BƏM-in saytında məlumat paylaşılıb.
Qeyd olunub ki, İrqi Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya (Azərbaycan Ermənistana qarşı) üzrə keçiriləcək ictimai dinləmələr Haaqadakı Sülh Sarayında baş tutacaq.
Sessiyaya məhkəmənin sədri Coan Donoqyunun (Joan E. Donoghue) hakimlik edəcək.
Məlumatda vurğulanıb ki, dinləmələr Azərbaycan Respublikasının 3 yanvar 2023-cü ildə Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı müraciətinə həsr ediləcək.
Sessiya yerli vaxtla saat 10:00-da başlayacaq.
Saat 10:00-dan 12:00-dək Azərbaycanın, 16:00-dan 18:00-dək Ermənistanın arqumentlərinə ayrılacaq.