"Çaqqal kimi bozqurda diş qıcayanlar unutmasınlar ki..." -
"Çaqqal kimi bozqurda diş qıcayanlar unutmasınlar ki, tək qalsam belə, yenə də mübarizədən, haqq bildiyim yoldan dönməyəcəm"

Bildiyiniz kimi, Türkiyənin Ülkü Ocaqlarının keçmiş sədri Sinan Atəş bir neçə gün öncə Ankaranın Çankaya rayonunda silahlı hücuma məruz qalıb. Belə ki, motosikletdə olan şəxsin atəş açması nəticəsində Sinan Atəş başından vurulub və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məsələnin maraqlı tərəfi ondadır ki, Ülkü Ocaqları Milliyətçi Hərəkat Partiyasına (MHP) bağlı olsa da, bu günədək MHP lideri Dövlət Baxçalı Sinan Atəşin öldürülməsi ilə bağlı rəsmi açıqlama verməyib, hadisəyə münasibət bildirməyib.

Nəhayət, bu gün MHP-nin qrup toplantısında çıxış edən Baxçalı səssizliyini pozub və Sinan Atəşin qətli ilə bağlı bunları deyib: "Bir cinayət üzərindən siyasi oyun oynanılır. Eyni yolda getdiyimiz, eyni amal uğrunda mübarizə apardığımız dostlarımızı mənfur cinayətin içinə çəkmək istəyənləri bağışlamayacağıq. Sadəcə, dumanın çəkilməsini gözlədik, indi isə söz sırası bizdədir. Cinayətin kölgəsini MHP-yə düşürmək istədilər".

MHP lideri əlavə edib ki, səbr etmək boyun əymək deyil, əksinə mübarizənin bir növüdür: "Çaqqal kimi bozqurda diş qıcayanlar unutmasınlar ki, tək qalsam belə, yenə də mübarizədən, haqq bildiyim yoldan dönməyəcəm. Bir nəfər belə, ülküdaşımı əzdirmərəm. Bu cinayət üzərindən oyun quranlara səslənirəm: "Namizədimiz bəlli, qərarımız dəqiqdir". MHP-ni cinayət təşkilatları ilə əlaqələndirməklə Türkiyəyə qarşı xain planlar həyata keçirmək istəyənlərin sonuna qədər qarşısındayıq".

Dövlət Baxçalı sonda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna xitabən "Cənab Kılıçdaroğlu, səssiz deyiləm, səviyyəsiz ittihamlarınızı seyr edib lazımı qeydlər aldım və alıram", deyə əlavə edib./Hurriyyet.az

Bölmənin digər xəbərləri

20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!

Dünyapress TV

Xəbər lenti