Putin Rusiyanın gələcəyini çox etibarsız bir qarmaqdan – öz həyatından asıb…
“Важных истории” nəşrinin redaktoru Roman Anin Rusiyada gedən “Taxtlar Oyunu”nun necə bitəcəyi haqqında yazıb…
Pia.az həmin məqləni təqdim edir.
21-ci əsrdə ilk G8 sammiti 2000-ci ildə Yaponiyanın Okinava adasında keçirilib. Rusiyanın gənc prezidenti Vladimir Putin ilk dəfə olaraq bu formatda görüşdə iştirak edib. Dövlət və hökumət başçılarının qrup şəklində çəkilmiş fotosunda Böyük Britaniyanın baş naziri Toni Bleyer və ABŞ prezidenti Bill Klinton arasında gülümsəyən Putin dayanıb. Həmin fotoda Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Avropa İttifaqının liderləri əks olunub. Lakin bu fotoda bəzi dövlət rəhbərləri özlərini “axmaq” yerinə qoyublar: bəziləri düz kameraya baxır, bəziləri isə dönüb Putinə sarı baxırlar. Sanki, həmin gün Okinavada dünyanın əsas liderləri deyil, sinif yoldaşları məzunlarının görüşürdülər.
Bu gün bu fotoşəkilə baxanda Rusiyanın yeni əsri dünyanın ən inkişaf etmiş ölkələrinin elit klubunun üzvü kimi başlamasına inanmaq çətindir. Putinin 20 illik hakimiyyətindən sonra ölkə başqa liqaya – İran, Şimali Koreya və Suriyanın yerləşdiyi “İzqoylar klubuna” keçdi. Bu gün Rusiya dünyanın ən təcrid olunmuş ölkəsidir və öz davranışarı ilə qeyri-insani rejimlər arasında yer almağa layiqdir. Və bu, təkcə müharibə ilə əlaqəli deyil. Bu yer Rusiya dövlətinin iyirmi illik siyasi və mənəvi deqradasiyasının nəticəsidir.
Rusiyanın mənəvi tənəzzül dərəcəsini anlamaq üçün ölkənin müasir qəhrəmanlarının – hakimiyyətin fəxri orden və medallarla təltif etdiyi, təbliğatçıların təriflədiyi, müəllimlər tərəfindən uşaqlara nümunə göstərilən insanlara baxmaq, ya da onların tərcümeyi halı ilə tanış olmaq kifayətdir.
Müharibənin əsas rus qəhrəmanlarından biri Yevgeni Priqojindir. Oğurluq, soyğunçuluq, dələduzluq və yetkinlik yaşına çatmayanları cinayət əməllərinə cəlb etməkyə görə mühakimə olunan bu şəxs “karyerasına” qadınları boğmaqla, sonra isə huşunu itirmiş qadınların qızıl sırğalarını qulaqlarından cırıb çıxarmaqla başlayıb. Bu gün Prigojin üçqat qəhrəmandır. O, Rusiya və qondarma DXR və LXR-in qəhrəmanıdır. Təyyarələri, zirehli texnikası və çoxsaylı raket sistemləri ilə təchiz olunmuş, minlərlə döyüşşüsü olan orduya sahibdir. Bu ordunun tərkibində az qala təbliğatçıların razılığı ilə məhbusların başını gürzlə sındıran məhkumlar və sadistlər var.
Putin dövrünün əsl vətənpərvərinin daha bir nümunəsi “Kolobok” ləqəbli qatillər dəstəsinin killeri Oleq Dzaraxoxovdur. Ötən il dekabrın ortalarında Vladimir Putin onu ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edib. “Kolobok” 2013-cü ildə Beslanda dəfn mərasimi iştiakçılarını gülləbəran etməsilə tanınır ki, orada dörd adam ölmüşdü. Bu cinayətə görə o, 19 il müddətinə azadlıqdan məhrum edilmişdi. “Kolobok” hələ də cəzasını çəkməli idi, lakin Yevgeni Priqojin onu azad etdi və Dzaraxoxov on minlərlə digər məhbus kimi, “Vaqner” ordusuna qoşuldu. 2022-ci il noyabrın sonunda “Kolobok” Baxmut yaxınlığında öldürüldü.
Priqojin və “koloboklar” Putin dövrünün qəhrəmanlarıdırlar. Və bu, fakt məncə, ÜDM-in aşağı düşməsinin dərinliyindən daha çox Rusiyanın mənəvi gələcəyi haqqında məlumat verir.
Rusiya cəmiyyətinin tənəzzülü
Mənəvi deqradasiya təkcə “elita” deyilənləri deyil, cəmiyyəti də bürüyüb. Müasir Rusiya əhalisinin əksəriyyətinin Ukraynaya qarşı vəhşi təcavüzü dəstəkləyən bir ölkədir. Üstəlik, eyni adamlar Putinin niyə hələ də Ukraynanı yer üzündən tamamilə silmədiyini sualı üzərində düşünürlər.
Müharibə Rusiya cəmiyyətini parçalayıb: təbliğatla zəhərlənmiş valideynlər qonşu ölkəyə qarşı təcavüzü dəstəkləmədiklərinə görə övladlarını “satqın” adlandırırlar və onlar haqqında polisə ərizə yazırlar. Rusiyanı kütləvi şəkildə ən uğurlu və təhsilli sakinləri tərk edir: alimlər, sahibkarlar, mühəndislər. Ölkəni tərk etmək və ya müharibəyə getmək istəməyən savaş əleyhidarlarını qorxu, şübhə və laqeydlik iflic edir. Dementorlar bu şəxslərin bütün gücünü tükəndirir və onları hər hansı bir ümiddən məhrum edir.
Bildiyimiz kimi, xalq üsyanı “yanğınları” bəzən bir nəfərin atəşindən alovlanır, lakin buna baxmayaraq, indi Rusiya cəmiyyəti ölkədə hakimiyyətin dəyişdirilməsi prosesində iştirak etməyə hazır deyil. Və bu o deməkdir ki, bütün bu baş verənlərdən sonra, növbəti dəfə də seçkiləri Putin üçün keçirəcəklər.
Dövlətin əsaslarının dağıdılması
Vladimir Putinin ötən il 70 yaşı tamam olub. Onun ağır xəstəlikləri ilə bağlı çoxsaylı şayiələrin nə dərəcədə doğru olduğunu bilmirik, lakin onun tezliklə öləcəyinə (tarixi standartlara görə) şübhə edənlər azdır. Normal fəaliyyət göstərən qurumları olan dövlətlərdə liderin siyasətdən getməsi və ya dünyasını dəyişməsi təbii ki, qəzetlərin birinci səhifələrində yer almağa layiq hadisədir, lakin bu ölkənin taleyini müəyyən etmir. Sabah Makron getsə və ya Şolts ölsə, nə olacaq? Fransa və ya Almaniya mövcudluğunu dayandıracaqmı? Əlbəttə ki, yox.
Rusiya kimi qurumları məhv edilmiş ölkələrdə vəziyyət tamam fərqlidir. Bütün rəqibləri sıradan çıxarmaqla və seçkiləri ləğv etməklə Putin Rusiyanı hakimiyyətin legitim və dinc yolla ötürülməsi üçün təminatlardan məhrum etdi və bununla da ölkənin gələcəyini çox etibarsız bir qarmaqdan – öz həyatından asdı.
Vladimir Putin kimi xələf seçsə, onun ətrafındakı müxtəlif güc mərkəzlərinin həmin namizədlə razılaşması çətin olacaq. Biz 2022-ci ilin fevralına qədər onun yaxın çevrəsinin necə olduğunu və orada hansı əxlaqın hökm sürdüyünü təxmin edirdik, lakin Ukraynadakı müharibə, daha doğrusu, hərbi məğlubiyyətlər hakim klanlar arasında daxili ziddiyyətləri son həddə çatdırdı və məlum oldu ki, qoca diktatorun taxtı uğrunda şiddətli mübarizə gedir.
Rusiya “taxt oyunları”
Bu gün Vladimir Putini əhatə edən klanlar mütəşəkkil cinayət qrupları kimidir. Onların bəzilərinin öz orduları var, məsələn, Yevgeni Priqojin və Milli Qvardiyanın rəhbəri Viktor Zolotov. Digərlərinin güc bölmələri var, məsələn, Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev. Hər bir klanın öz maliyyə resursları var: banklar, dövlət korporasiyaları, iri şirkətlər. Bəzi klanlar bütöv bölgələrə sahibdirlər, məsələn, Ramzan Kadırov bütün Çeçenistana hakimdir və onun mütləq hakimiyyətinə tabe olan çeçenlər Onun qanunlarından başqa heç bir Rusiya qanuna tabe deyillər.
Bu klanlar heç vaxt birləşməyiblər. 20 il ərzində onlar bir-birləri ilə təsir dairələri və resurslar üçün daim mübarizə aparblar. Onların müharibələrini şərti olaraq “soyuq müharibə”lər adlandırmaq olardı. Çünki onlar hüquq-mühafizə orqanlarının əli ilə xalçanın altında döyüşürdülər və qurbanlar – təhlükəsizlik qüvvələri, iş adamları və müxalif klanların məmurları – onalrın bəziləri bir qayda olaraq, həyatlarından olurdular, bəzi istisnalarda isə azadlıqlarından məhrum edilirdiər.
Bütün bu illər ərzində Vladimir Putin ətrafının münaqişələrində bir növ arbitr kimi çıxış edib. Putinin hər kəsin və hər şeyin üzərində görünən fiquru döyüşən qruplar arasında qeyri-müəyyən güc balansını təmin edirdi, çünki onların hər biri başa düşürdü ki, əgər o fiqur getsə, onda tarazlıq pozulacaq, hamının hamıya qarşı müharibəsi başlayacaq. Ancaq heç bir şey diktatorun gücünü yaşlanma və hərbi məğlubiyyətlər qədər zəiflədə bilməz. Vladimir Putinin sonu nə qədər yaxınlaşsa ( istər siyasi, istərsə də fiziki), klanların hakimiyyət uğrunda çoxsaylı “soyuq müharibə”lərinin “qaynar müharibə”lərə çevrilməsi ehtimalı bir o qədər artır.
Birincisi, ona görə ki, bəzi qruplar arasında münasibətlərin tarixi Putinsiz Rusiyada onların hamısına sadəcə yer qoymur. Məsələn, Priqojin heç vaxt Kovalçukun adamının varis olacağını qəbul etməyəcək. Çünki o zaman “Putinin aşpazı” və onun adamları ən azı var-dövlət və nüfuzlarından, bəlkə də həyatlarından belə imtina etməli olacaqlar.
İkincisi, ona görə ki, bütün bu klanlar öz serpentariumlarında kilidləniblər. Onların demək olar ki, qaçmağa yerləri yoxdur. Qərbdə Haaqa onları gözləyir, Şərqdə isə aktivləri gözləyirlər, onları yox. Təbii ki, hələ də İran, Şimali Koreya və Suriya kimi müttəfiqlər var, amma bu, bədbəxtlikdir və Rusiyada olduğu kimi bu “əcaib” ölkələrdə qanunlar işləmir, yəni təhlükəsizlik təminatı yoxdur.
Üçüncüsü, Vladimir Putin özünü və dövləti zorakılıq monopoliyasından məhrum edib.
Bu gün ordu və hüquq-mühafizə orqanlarından əlavə, bu lisenziyaya hər növ “vaqnerçilər”, “kadırovçular” və digər “çevekaşniklər” sahibdirlər. Bəli, qanuni zorakılıq institutları ilə hər şey o qədər də sadə deyil: eyni FTX-də bütöv bölmələr oliqarxlara tabedir. Məsələn FTX-də Seçinin elit “xüsusi təyinatlıları” var, onlar əslində dövlətin yurisdiksiyasından çıxarılıb və fərdi şəxslərin mənafeyinə tabe edilib.
“Taxt” uğrunda mübarizədə favoritlər və autsayderlər
Rusiya “Taxtlar Oyunu”nun qalibinə mərc etməyə çalışmazdan əvvəl gəlin autsayderləri müəyyənləşdirməyə çalışaq. Bu, daha asandır.
Diktator zəiflədikdə, onun taxt-tacı uğrunda mübarizədə əsas amil əlaqələr deyil, fiziki resurslardır: kimin daha böyük və silahlı dəstəsi varsa, onun üstünlüyü var. Bunu Putinə yaxın adamlar yaxşı başa düşürlər.
Bunu, mənim fikrimcə, bir vaxtlar rus liberallarının əsas ümidi olan Dmitri Medvedevin transformasiyasını izah edir. Bu gün o, Qərb üçün dünyaya gülünc təhdidlərinə görə təlxəkdən başqa bir şey deyil. Onun bu hərəkətini “erotik fantaziyalar” adlandıırlan Yevgeni Priqojin daha layiqincə ifadə etmişdi. Medvedevin bütün bu militarist qışqırıqları, qorxaq bir oğlanın sinifdəki xuliqanlara özünün də pis ola biləcəyini göstərmək üçün, bəlkə də kimsə onu öz dəstəsinə çağırmaq ümidi ilə çıxılmaz cəhdindən başqa bir şey deyil.
Müharibə bir vaxtlar nüfuzlu olan “Şoyqu klanı”nın mövqelərini xeyli zəiflətdi. Keçən ilin fevralına qədər bu qrup hətta varis vəzifəsinə namizəd olduğunu iddia edirdisə, bütün “xoşməramlı jestlərdən” sonra bütün dünya Rusiya ordusunun əslində nə olduğunu bildi və bundan sonra da təbii ki, ən nufuzlu məmurlardan olan Şoyqu ən çox nifrət edilənlərdən birinə çevrildi.
Ukraynadakı müharibə Rusiyanın güc serpentariyasında qüvvələr nisbətini elə dəyişdi ki, hətta favoritlər də öz gələcəkləri haqqında düşünürlər. Məsələn, Yuri Kovalçuk faktiki olaraq ölkədə ikinci ən nüfuzlu şəxsdir. Son vaxtlara qədər onun mövqeləri sarsılmaz görünürdü, lakin bu gün o, Yevgeni Priqojinlə vuruşmağa məcburdur, çünki hamının hamıya qarşı klan müharibəsində qocalmış və zəifləyən diktatorla dostluğun artıq heç nəyi həll etmədiyini başa düşür (xüsusilə də diktator sağ deyilsə). Məsələni əli gürzlü sadistlər həll edir.
Bu o deməkdirmi ki, Rusiyanın “Taxtlar oyunu”nda qələbəyə əsas iddiaçı özünün minlərlə qatildən ibarət orkestri ilə təmsil olunan Yevgeni Priqojindir? Məncə, hər şey daha mürəkkəbdir.
Klan koalisiyaları
İnsan DNT-si şimpanzelərin DNT-si ilə 99% eynidir. Burda bütün siyasət həmin alfa-kişi genlərinin ətrafında fırlanır. Gənc və güclü alfa-kişi bütün paketi kənarda saxlayır, resursların bölüşdürülməsini idarə edir, bütün dişilərlə cütləşir və nüfuzunu şübhə altına alanları sərt şəkildə cəzalandırır.
Ancaq alfa-kişi qocalmağa və zəiflik əlamətləri göstərməyə başlayan kimi onun yeri üçün şiddətli müharibə başlayır. Primatoloqların sübut etdiyi kimi, fiziki güc şimpanzenin güc mübarizəsində vacib, lakin həlledici arqument deyil. Eyni dərəcədə vacib olan koalisiya qurmaq bacarığıdır.
Fikrimcə, bu gün Rusiyanın siyasi sistemi hakimiyyətin şimpanze paketlərində düzülməsindən çox da fərqlənmir. Ona görə də mənə elə gəlir ki, Rusiyanın yaşlı alfa-kişisinin yeri uğrunda mübarizədə qələbəni bir klan deyil, ən güclü klan koalisiyasını yarada bilən şəxs qazanacaq.
Mümkün koalisiyalardan birinin konturları Ukraynada bir neçə aylıq müharibədən sonra açıqlanıb. Söhbət Priqojin və Kadırovun birliyindən gedir. Onların cütlüyünə, bəlkə də, Priqojinlə “qanqster Peterburq” günlərindən yaxşı tanış olan və Çeçenistan lideri ilə yaxından əlaqə saxlayan Rusiya Qvardiyasının direktoru Viktor Zolotovun klanını da əlavə etmək lazımdır. Gəlin bu üçlüyü “qaniçənlərin koalisiyası” adlandıraq. Onun əsas üstünlükləri göz qabağındadır: qəddarlıq, qətiyyət, qurbanlara və mübarizə üsullarına məhəl qoymamağa hazır olmaq və təbii ki, nəhəng birləşmiş ordu…
“Taxt” uğrunda mübarizə zamanı yarana biləcək digər koalisiya Ukraynada müharibə başlamazdan əvvəl ən nüfuzlu olanların, yəni Vladimir Putinin dost və həmkarlarının ittifaqıdır. Gəlin buna “yaxın adamlar koalisiyası” deyək. Bütün bu Kovalçukları, Patruşevləri, Tokarevləri və digər Timçenkoları hansı ziddiyyətlər parçalasa da, məncə, həmin şəxslər də “qaniçən koalisiyanın” onlar üçün nə qədər təhlükə yaratdığını hiss edirlər. Onlar öz sürülərini yaxşı tanıyırlar və başa düşürlər ki, Priqojin Rublyovkada “dalını” divandan qopara bilməyən “kök heyvanlardan” danışanda, təkcə Deripaskaları və Ələkbərovları deyil, həm də onların magistral yoldakı qonşularını nəzərdə tutur. Belə bir koalisiya meydana çıxsa, onun qeyd-şərtsiz üstünlükləri böyük maliyyə resursları var və bu insanlar sözün həqiqi mənasında bütün Rusiyaya sahibdirlər. Lakin onları hərbi gücü “qaniçənlər ordusundan” zəifdirlər. Lakin buna baxmayaraq xüsusi xidmət orqanlarına nəzarət edirlər və daha böyük kəşfiyyat və intellektual potensiala malikdirlər.
Və nəhayət, Ukraynada müharibə başlayandan dərhal sonra meydana çıxan, lakin hələ də öz liderini və yekun strukturunu tapmayan üçüncü assosiasiya “vətənpərvərlər koalisiyası”dır. Bu birliyə daxil olan insanlar hələ bir toplum olaraq özlərini dərk etməsələr də, müharibə onlarda ümumi dəyərlər, nifrət, istəklər oyadırdı. “Vətənpərvərlər Koalisiyası” korrupsiya və hərbi məğlubiyyətlərə görə Rusiyanın hakim sinfinə nifrət edir. Onlar həmçinin cinayət və Çeçenistanla əlaqələrinə görə “qaniçənlərin koalisiyasını” qəbul etmirlər.
Bu koalisiyanın böyük üstünlükləri var. Onlar Rusiya əhalisinin böyük əksəriyyətinin, o cümlədən ordunun maraqlarını ifadə edirlər, hazırkı hakimiyyətin korrupsiyasına və Ukraynanın tamamilə məhv edilməsinə qarşıdır. Məncə, “vətənpərvərlər birliyi” Rusiyanın “Taxtlar Oyunu”nda qaranlıq bir atdır və bu atın uğuru daha çox onun atlısının kimin olacağından asılıdır.
Rusiya yol ayrıcında
Ölkənin gələcəyi taxt uğrunda gedən mübarizədə hansı koalisiyanın qalib gələcəyindən asılıdır. İndi Rusiyanı qarşısında köhnə rus nağıllarında olduğu kimi, üç əsas yol var.
Ən az qan tökülməsini istəynlər “yaxın adamların həmrəylik koalisiyası”na zəmanət verir. Bu koalisiyanın qələbəsi halında repressiya yalnız koalisiyaya qarşı çıxan klanların liderlərinə və fəal üzvlərinə təsir edəcək. Rusiyanın gələcəyini isə bütün bu Patruşevlərin, Rotenberqlərin və Kovalçukların övladları müəyyən edəcək. Tanışlarımın mənə dediklərinə görə, bu gənclər davam edən sərhəd müharibəsi ilə qəti şəkildə Şimali Koreyaya çevrilmək perspektivindənsə, sevimli Monako toplarını və Kurşevelin xizək yamaclarını seçməyi üstün tuturlar.
Əgər “vətənpərvərlər koalisiyası” qalib gəlsə, Rusiya qaçılmaz olaraq hərbi diktatura ilə üzləşəcək. Çünki cəbhədə qələbə üçün möhkəm əl, arxa cəbhədəki satqınlara qarşı amansız müharibə lazımdır. Bu diktatura nə qədər davam edəcək, heç kim bilmir. Məsələn, Şimali Koreya 70 ildən artıqdır ki, bu şəkildə yaşayır.
Yaxşı, əgər “qaniçən koalisiya” qalib gəlsə, bir tərəfdən Qərb, digər tərəfdən Çin çox çətin suala cavab verməli olacaqlar. Onlar, yəni Vaşinqton və Pekin dünyada ən böyük nüvə arsenallarından birinin “gözəl üçlüyün” – qadınları boğan, əli gürzlü sadistlər orkestrinə drijorluq edən maestronun; qurbanlarına işgəncə verməyi və məhkəməsiz edamlar təşkil etməyi sevən çeçen akademikin və idrak qabiliyyəti ilə tanınan keçmiş prezidentin mühafizəçisinin əlində olması faktına dözməyə hazırdırlarmı?
Sözügedən “Taxt Oyunları”nın finalı nə olursa olsun, Vladimir Putinin bu serialda əsas rol oynamadığı artıq aydındır. Bir diktatorun başına gələ biləcək ən pis şey onun başına gəldi: o, qorxu əvəzinə, nifrət yaratmağa başladı…
Putin, heç vaxt öz raketləri ilə Qərbi qorxutmaqdan əl çəkmir və Qərb onu öz karikaturalarında nüvə düyməsinin üstündən kiçik cinsi orqanı görünən meymun kimi təsvir edir.
O, saatlarla çıxışlar yazır, mətbuat katibi isə söz verir ki, bütün dünya onun bu çıxışlarını hələ uzun müddət yenidən oxuyub təhlil edəcək. Dünya isə bütün bunları qulaqardına vurur.
Putin indi metroda hər gün sərnişinləri dünyanın sonu ilə təhdid edən dəlini xatılradır. O, hələ də sürüsünün alfa kişisi olmağa çalışır, lakin hətta dəstənin sonuncu üzvləri də onu “böyük və çətin müharibə zamanı öz həyatı üçün açıq-aşkar qorxan” qorxaq adlandırırlar. Putin bu damğa ilə o, karyerasına və həyatına son qoyacaq.