Böyük Britaniyanın erməni icmasının nümayəndələri BBC-nin Londondakı baş qərargahı yaxınlığında etiraz aksiyası keçiriblər. Ermənilər BBC-dən “Artsax”ın blokadası ilə bağlı həqiqəti söyləməyi və Azərbaycan terrorizminə dəstəyi dayandırmağı tələb ediblər. Mustafası, ermənilər istəyir ki, BBC də France 24 kimi ermənilərin xeyrinə təbliğat kampaniyası aparsın. Ancaq Böyük Britaniya ilə Fransanın tarixə söykənən fərqli dövlət maraqları var. Tarixən Britaniya Azərbaycana, Fransa isə Ermənistana dəstək verib. Bu tendensiya media müstəvisində də aydın görünür... Elbəyi Həsənli Teref.az