Əgər Rusiyada səfərbərliyin ikinci dalğası başlasa, yeni çağırışçıların döyüş qabiliyyətləri birincidən da pis olacaq.
Axar.az xəbər verir ki, bu fikri Estoniya Müdafiə Nazirliyinin sözçüsü Taavi Laasik deyib.
Onun sözlərinə görə, Estoniya hakimiyyəti Rusiyada ikinci səfərbərlik dalğasının başlayacağı ilə bağlı məlumatlara malik deyil, lakin belə bir ehtimalı istisna etmir.
"Onlar ikinci səfərbərlik çağırışını təşkil edə bilərlər, lakin onun keyfiyyətinin birincidən də pis olacağını güman etmək olar. Eyni zamanda, Rusiyada gizli səfərbərliyin dayanmadığını unutmaq olmaz. Belə bəyanatlar var idi ki, səfərbərliklə bağlı məqsədlərə nail olundu, lakin müvafiq fəaliyyət davam edir”, - deyə natiq vurğulayıb.