Filippin hakimiyyəti hava hərəkətinə nəzarət sistemindəki nasazlıq səbəbindən Manilaya və oradan uçuşlarını dayandırıb, bu da ölkənin digər istiqamətlərinə uçan aviaşirkətlərin hava məkanından istifadəsinə mane olub.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir. Filippinin nəqliyyat naziri Hayme Bautista sərnişinlərdən yaranan narahatlığa görə üzr istəyib, hadisənin mərkəzi hava hərəkətinə nəzarət sistemində elektrik kəsilməsi səbəbindən baş verdiyini və bunun ölkənin bütün hava limanlarının fəaliyyətinə də təsir etdiyini bildirib.
Köhnəlmiş mövcud avadanlıqların dərhal yenilənməsinin vacibliyini bildirən nazir ehtiyat sistemə ehtiyac olduğunu vurğulayıb.
Ümumilikdə qəza nəticəsində Manilaya 282 avisreys təxirə salınıb, 56 mindən çox sərnişin gedəcəyi ünvana çata bilməyib. Manila Beynəlxalq Hava Limanı İdarəsi açıqlamasında sistemin qismən bərpa edildiyini və bunun məhdud uçuşlara icazə verildiyini bildirib.