Bütün dünyanın 2023-cü ili qarşılamasına çox az vaxt qalıb. Hamımız üçün geri sayım başlasa da, vaxt fərqi ilə bağlı, bəzi ölkələr fərqli zamanlarda yeni ilə girəcək. Bəzi ölkələr yeni ilə günorta saatlarında daxil olacaq, bəziləri isə ertəsi gün qeyd edəcəklər.
Bakupost.az xəbər verir ki, yeni ilə ən erkən və ən son qədəm qoyan ölkələri təqdim edir. Dünyada yeni ilə ilk qədəm qoyan ölkələr Sakit Okeanın ada ölkələri, Samoa və Kiribatidir. Bu ölkələr Bakı vaxtı ilə saat 14.00-da yeni ilə girirlər. Yeni Zallandiyada və Ficidə isə bu, Bakı vaxtı ilə 15.00-a təsadüf edir. Avstraliya yeni ili 17:00-da, Çin 20:00, Rusiyanın bəzi bölgələri və İndoneziya, Tayland, Cibuti, Vyetnam 21:00-da qarşılayır. Müvafiq olaraq Qırğızıstan və Banqladeş 22:00, Əfqanıstan 23:30, Fransa 03:00, İngiltərə 04:00 yeni ilə qədəm qoyacaq.