“Bugünkü müharibənin nə olduğunu, onun təbiətini və düzgün final olmayacağı təqdirdə hansı nəticələr verəcəyini anlamayan primitiv lobbiçi”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin sözçüüs Mixail Podolyak ABŞ-ın sabiq Dövlət katibi və tanınmış politoloq Henri Kissincer barədə söyləyib.
Podolyak Kissincerin 2000-ci illərin ortalarında Rusiya xammal şirkətlərinin müşahidə şuralarında təmsil olunduğunu, oradan böğyük maliyyə imkanları qazandığını və indi də Rusiyanın lobbiçiliyi ilə məşğul olduğunu, Kremlin təbliğatına xidmət etdiyini bildirib.
Kissincerin bu günlərdə növbəti dəfə Ukraynanın hazırkı vəziyyətdə Rusiya ilə danışıqlara başlamalı olduğunu, əks təqdirdə bunun böyük dünya müharibəsinə çevriləcəyini deməsi Ukrayna rəhbərliyi tərəfindən hiddətlə qarşılanıb.
Podolyak bir daha Ukrayna rəhbərliyinin mövqeyini səsləndirərək deyib ki, danışıqlar yalnız Rusiya ordusu Ukrayna ərazisindən çıxandan sonra baş tuta bilər.