Yeni il ərəfəsində Ukraynanın paytaxtı Kiyevin zülmətə bürünmüş küçələrindən paylaşılan şəkil ürək dağlayıb.
Tribunainfo.az xəbər verir ki, neçə gündür Kiyev vilayəti qaranlığa bürünüb və elektrik enerjisinin verilməsində böyük fasilələr yaranıb. Buna səbəb ölkənin enerji depolarının ruslar tərəfindən məhv edilməsi və ciddi zərər görməsidir.
Yaxınlaşmaqda olan Yeni il bayramı ilə əlaqədar olaraq kiyev meydanında ənənəvi olaraq yolka qurulsa da, o ancaq sülhün simvolu olan ağ göyərçin bəzəkləri ilə bəzədilib. Şəhər işıqsız və bəzəksiz qalıb. İnsanların əhvalını azca da olsa yüksəltmək üçün qurulan yolka bəlkə də dünyanın ilk ən kədərli və işıqsız yolkasıdır.