Ötən cümə günü Rusiya telekanallarından birinin efirində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti vəzifəsini tutan M.Aleksandrov sərsəm açıqlamalar vermişdi və Rusiya ilə Azərbaycan arasındakı münasibətləri, Rusiyanın qonşu dost dövlətə qarşı siyasətinin məqsəd və vəzifələrini kobud şəkildə təhrif etmişdi. Aleksandrovun hərəkətlərinin MDBMİ əməkdaşı statusuna uyğun gəlməməsi, habelə onun xidməti vəzifələrinə hədsiz laqeyd yanaşması ilə bağlı müəyyən edilmiş faktlar əsasında İnsitutun rektoru Anatoli Torkunov əmək münasibətlərinə xitam verilməsi və M. Aleksandrovun universitetdən xaric edilməsi haqqında əmr imzaladı. Rektor Anatoli Torkunova ədalətli mövqeyinə görə dərin təşəkkür edirəm. İşsiz gücsüz qalan M.Aleksandrov və onun kimi Azərbaycan haqqında pis fikirlərə düşənlər unutmasın: Bizə söz atanının dişini və dilini dibindən çıxarıb başına çırpa bilirik. Anlamasa, dilinə sahib çıxa bilməyən boş başı əzə də bilərik. Tam bekar Aleksandrov artıq əməkdaşlıq etmək üçün 24 saatdır ki, Kursk vağzalında sahibsiz it axtarır. Cəhdlər nəticəsizdir. Ədalət Verdiyev Teref.az