Polşa Seymi Rusiyanı terrorçuluğun sponsoru kimi tanıdı, Polşa Prezidenti Lex Kaçinskinin qətlində ittiham etdi Ətraflı Hurriyyet.az “Qruziya onlayn” portalına istinadla xəbər verir ki, Polşa Seymi Rusiyanı terrorçuluğun sponsoru olan ölkə kimi tanıyıb.
Polşa mətbuatının yazdığına görə, qəbul edilən sənəddə deyilir: “Rusiya sistemli şəkildə insan hüquqlarını, beynəlxalq hüquq, BMT-nin Nizamnaməsini pozur, başqa ölkələrin ərazilərini ilhaq edir, silahlı hücumlar, hərbi cinayətlər edir, soyqırımları törədir, enerji sahəsi də daxil olmaqla düşməncəsinə istisadi addımlar atır. Bütün bunlara görə Rusiya beynəlxalq arenada izolyasiya olunmalıdır”.
Sənəddə qeyd edilir ki, “Rusiya 2014-cü ilin iyulunda Malayziyanın avialaynerinin (298 nəfər sərnişin və heyət üzvləri həlak olub), 2010-cu ilin aprelində Smolenskdə Polşa HHQ-nin təyyarəsinin (96 nəfər, o cümlədən Polşa Prezidenti Lex Kaçinski və Polşanın digər yüksək vəzifəli şəxslər həlak olublar) qəzaya uğramasına görə məsuliyyət daşıyır”. Təyyarə qəzasında həlak olmuş mərhum Polşa Prezidenti Lex Kaçinski