Cənubi Azərbaycanın azad olunması məsələsində ABŞ devrəyə girir...
ABŞ Dövlət Departamenti İrana qarşı Azərbaycanın yanında olmağa davam edəcəyini açıqlayıb.

TEREF.AZ xatırladır ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.

Ned Prays jurnalistin İranın Azərbaycana qarşı artan təhdidedici bəyanatları, həmçinin İranın bu ölkəyə qarşı belə ritorikanı davam etdirəcəyi təqdirdə Vaşinqtonun Bakını müdafiə edə bilib-bilməyəcəyi ilə bağlı sualını cavablandırıb:

“Onun (dövlət katibi Entoni Blinken) azərbaycanlı həmkarını bu həftənin əvvəlində görmək imkanı olub. İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı durmağa davam edəcəyik”.

Ned Praysın açıqlaması göstərir ki, İranın Cənubi Qafqazda hərbi və diplomatik fəallığını artırmaq səyləri, həmçinin Azərbaycana qarşı təzyiqləri artıması Vaşinqtonda narahatlıqla izlənir. Ona görə də ABŞ İran rejiminin regionda artan təhdidlərinə müşahidəçi qalmaq niyyətində deyil. Hətta zərurət yaranacağı təqdirdə, ABŞ İranın bölgədə hərbi aktivliyinin qarşısını almaq üçün proseslərə birbaşa müdaxilə edə bilər.

Politoloq Xaqani Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, ABŞ-İran probleminin həllində Güney Azərbaycan məsələsinin vacibliyini nəzərə alır:

“Dövlət Departamentinin Azərbaycana dəstəyi də bununla bağlıdır. Hesab edirəm ki, Ned Praysın söylədiyi fikirlər Prezident Co Baydenin "Biz İranı xilas edəcəyik" bəyanatının davamıdır.

Çünki ABŞ Prezidentinin bəyanatı yalnız İranda rejim dəyişikliyini nəzərdə tutmur. Bu isə o deməkdir ki, İranda yaşayan xalqlar azadlıq əldə etdikdə nəyə üstünlük verəcəklər? Onlar öz müqəddaratanı təyinetmə və insan haqları məsələləri ön plana çıxacaq. Şübhəsiz ki, bu da ABŞ-dan çox aydın görünür. Son zamanlar ABŞ-da məskunlaşmış xalqların çıxışlarına baxdıqda, Güney Azərbaycan məsələsinin önə çıxdığını və "qırmızı xətt" kimi keçdiyini görmək olar. Azərbaycan türklərinin çoxluğu və onların öz müqəddəratını təyinetmə istəkləri aydın şəkildə ifadə olunur.

Bütün bunlar ABŞ Dövlət Departamentində və digər hakimiyyət qurumlarında müzakirə olunur. İranın gələcəyində Güney azərbaycanlıların mövqeyi nəzərə alınacaq. Onlar öz dövlətlərinimi quracaq, yoxsa vahid dövlətdəmi yaşamq istəyəcək? ABŞ istiblişmenti həmin coğrafiyada azərbaycanlıların iştirakı olmadan İran məsələsini çözməyin qeyri-mümkün olduğunu nəzərə alır. Qərbdəki ekspertlər də anlayır ki, Yaxın Şərqdə sülhün və sabitliyin bərqərar olması İran adlı dövlətin mövcudluğuna son qoyulması, bu ölkədə yaşayan xalqların, ən əsası isə Güney Azərbaycan türklərinin öz milli dövlətini qurması ilə mümkün ola bilər. Yaxın Şərqdəki münaqişələrin 90 faizinin arxasında İran dayanır. Əgər İran olmasa, müstəqil, demokratik bir Güney Azərbaycan dövləti yaranarsa, bu münaqişlər aradan qalxacaq. Bütün bunları Qərbdə də aydın görürlər.

İranın Azərbaycan Respublikasına təzyiqləri də məhz güney məsələsinə görə quzeyi qorxutmaq məqsədi daşıyır. ABŞ da bilirlər ki, bu aqressiyanın kökündə İranın Güney Azərbaycanın istiqlaliyyətindən qorxması dayanır. Ona görə də İran şimaldakı Azərbaycan Respublikasını çəkindirməklə Güney Azərbaycanı bu mübarizədə tək buraxsın. Əgər Azərbaycan Respublikası Güney Azərbaycanda yaşayan soydaşlarımızın təhlükəsiliyinin təmin edilməsi ilə bağlı BMT Təhülkəsizlik Şurasına müraciət etsə və beynəlxalq səviyyədə addım atılsa, bu, İranın parçalanmasına gətirib çıxaracaq.

İranın daxilində aparıcı xalqlardan biri azərbaycanlılar olduğuna və həmin xalqın qonşuluqda müstəqil dövləti olduğuna görə İran bundan çəkinir. ABŞ-ın da bu açıqlaması ilk növbədə, Azərbaycana dəstəkdir. İkincisi, rəsmi Vaşinqton anlayır ki, Azərbaycanın iştirakı olmadan bu problemi həll etmək mümkün deyil. Ona görə də ABŞ-ın bu məsələdə Azərbaycanla bir yerdə olması problemin asan və az itki ilə həllinə gətirib çıxaracaq.

Düşünürəm ki, İrandakı insanlara qarşı baş verən zorakılığın qarşısını almaq üçün beynəlxalq koalisiya və siyasi platforma yarana bilər. Azərbaycan dövləti də bu platformada mühüm yer ala bilər. Hələlik, bunun müzakirəsi gedir, nəbz yoxlaması aparılır. Çünki İran aksiyalarda həbs olunmuş 15 minə yaxın insanın həbsinə hazırlaşır. Beynəlxalq ictimaiyyət buna biganə qala bilməz. Həmin insanların ölümünə görə hər bir ölkə məsuliyyət daşıyacaq. Bunun qarşısını almaq üçün beynəlxalq səviyyədə tədbirlər görüləcək".

Ned Praysın açıqlaması İranın Cənubi Qafqaza, o cümlədən Azərbaycana yönəlik təhdidləri ilə bağlı rəsmi Bakı ilə müzakirələr apardığını deməyə əsas verir.

Xaqani Cəfərlinin sözlərinə görə, hazırda xarici işlər nazirlikləri səviyyəsində aparılan danışıqların dövlət başçıları arasında davam etdiriləcəyi istisna olunmur:

"Bu müzakirələr öncə ABŞ-ın Yaxın Şərqdəki üç əsas müttəfiqi olan Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı səviyyəsində aparılır. Entoni Blinkenin Ceyhun Bayramovla İran təhlükəsi barədə danışması sonuncu mərhələdir. Mənim qənaətimcə, məsələ ABŞ-ın regional tərəfdaşları ilə baş tutub.

Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı ilə aparılan müzakirələrdən sonra danışıqların ABŞ-ın Dövlət katibi ilə aparılmasına ehtiyac yaranıb. Artıq Blinkenlə Bayramov arasında müzakirələrin yekunu ilə bağlı fikir səslənib. ABŞ artıq prosesin yekun mərhələsinə daxil olub. Vaşinqton hər hansı prosesə birbaşa müdaxilə etmir. Əvvəlcə həmin məsələni regiondakı müttəfiqləri və tərəfdaşları vasitəsilə araşdırır, müəyyən qədər irəlilədikdən sonra isə özü qoşulur. Entoni Blinkenin Ceyhun Bayramovla söhbəti də bu prosesin uğurla nəticələndiyini göstərir. Belə olmasa idi, müzakirələrə ehtiyac qalmazdı. Bundan sonra məsələnin prezidentlər səviyyəsində müzakirə olunması mərhələsi qalır. Yəni prezidentlər görüşərək qərarlar qəbul etməlidir".
 
 
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı
19 Noyabr 2024 Almaniyadan viza qərarı: 1,3 milyon işçi çatışmazlığı var, yeni sistem tətbiq olunur
18 Noyabr 2024 Almaniyanın vitse-kansleri Azərbaycana gəldi
18 Noyabr 2024 Brejnevi qırıcıların hücumundan xilas edən pilot – Deputat, nazir, marşal olub, qəhrəman adı alıb.
18 Noyabr 2024 Tiflisdə müxalifət yürüş keçirib

Dünyapress TV

Xəbər lenti