“Ъ”: Putin Soçidən öncə Nikolu bu cür danlayıb...
 

 
Soçidə 31 oktyabrda keçirilən üçtərəfli görüşlə bağlı “Ъ”-nın xüsusi müxbiri Andrey Kolesnikov xüsusi məqamlara diqqət çəkən reportaj hazırlayıb.

 

O, hər iki liderin daha az heyətlə görüşə gəldiyini vurğulayıb.

“Baş nazir Paşinyanda “fövqəladə kompakt” heyətlə gəlmişdi. Görünür, hər şeydən əvvəl yalnız özünə güvənir. Görəsən, bütün problemlər bundan irəli gəlmir ki?

Hətta jurnalistlər – cəmi 3 nəfər idi. Yalnız şəxsi media: fotoqraf, operator və səs operatoru. Bu situasiyada səs operatoru Paşinyanın nəyinə lazım idi, anlaşılmazdır. Çünki səsi protokola əsasən rusiyalı mütəxəssislər nizamlayırdılar”, - o bildirib.

O qeyd edib ki, Azərbaycan nümayəndə heyətində 14 jurnalist vardı:

“Yeri gəlmişkən, müharibə məhz bu cür qazanılır – həm də informasiya savaşı: “ona görə” yox, “hər şeydən öncə”...

Nikol Paşinyan isə bu danışıqlardan əvvəl hücuma hazırlıq işini öz üzərinə götürmüşdü. Soçi görüşündən öncə KTMT-nin iclasını çağırmışdı. Bildiyiniz kimi, Azərbaycandan fərqli olaraq, Ermənistan KTMT üzvüdür”.

Kolesnikov Paşinyanın bu təşəbbüsünün Belarus lideri Lukaşenko tərəfindən məhv edildiyini vurğulayıb. Belə ki, Lukaşenko canlı nümayiş edilən hissədə olduğu kimi, qapalı danışıqlarda da Paşinyanı danlayıb.

Jurnalistin fikrincə, əslində Lukaşenkonun dili ilə Putin özü danışıb. Çünki Putinin belə məqamlarda susması ilk dəfə deyil – onun sözünü Lukaşenko səsləndirir:

“Hamıya, ilk növbədə isə Nikol Paşinyana bir daha aydın oldu ki, KTMT onun köməkçisi deyil”.

Kolesnikov Lukaşenkonun “Azərbaycana bizim adam rəhbərlik edir, ancaq sabah necə olacaq, bilmirik” deyə, Paşinyana saziş imzalamağı məsləhət görməsini xüsusi qabardıb və bunu da Putinin dili ilə dediyini qeyd edib:

“Şübhəsiz, Paşinyan anladı ki, Soçidə Prezident İlham Əliyevlə KTMT-nin yardımı olmadan “döyüşməli”, daha doğrusu, razılaşmalı olacaq. Xüsusilə ona görə ki, Putin bu müddət ərzində susdu, demək, Lukaşenko ilə tam razı idi”.

Daha sonra Ermənistan və Rusiya liderlərinin Soçidə görüşünə toxunan jurnalist Putinin KTMT toplantısını Paşinyanın təklif etdiyini “bir dəqiqə ərzində iki dəfə vurğuladığına” diqqət çəkib. Paşinyanın görüş sözlərini vərəqdən oxumasını isə “ağzından hansısa söz qaçırmaqdan qorxması” ilə izah edib:

“Amma Nikol Paşinyan çıxışında yenə də çaşdı. Əvvəlcə o, dedi ki, bu, sənədin rus variantının layihəsidir, sonra isə Rusiyanın bunu, yəni öz variantını dəstəklədiyinə dair heç bir sübutun olmadığını iddia etməyə başladı.

Nikol Paşinyan bunu təbii ki, Vladimir Putinin Praqa danışıqlarına əsəbiləşməməsi üçün dedi. Erməni baş nazirinin kəndli hiyləsi oyanmışdı”.

Nikol Paşinyanın Azərbaycan Ordusunun 2021-ci il sərhədlərinə qayıtması da daxil olmaqla, digər tələblərinə gəlincə, jurnalist qeyd edib:

“Bu yerdə Lukaşenkonun yeri görünürdü...”

Nikol Paşinyanın nala-mıxa vurmasını qabardan jurnalist İlham Əliyevi daha korrekt və dəqiq olduğunu bildirib:

“İlham Əliyev deməyə sözü olan adam təsiri bağışladı - ən azından lakonik olmasına görə. Bəli, qaliblər belə olur!”

“Putinlə İlham Əliyev danışıqlar apararkən Nikol Paşinyan pansionata dincəlməyə getmişdi. Sonra heç kəsin sezmədiyi şəkildə geri qayıtdı”, - o əlavə edib.

 

XalqXeber.Az

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!
17 Aprel 2025 Anar Əlizadəyə Serbiya pasportunu kim və niyə verdi: Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir - SENSASİYA
17 Aprel 2025 Medvedev şirkətlərindən 8 milyard qazandı, pulu "gizli bağ evi"nə xərclədi
17 Aprel 2025 Paşinyanın Çingiz xan travması - Parlamentdə Monqol xaqanının adını buna görə çəkibmiş…
16 Aprel 2025 İran ABŞ-la danışıqlara hazırdır – “Uran zənginləşdirmə prinsipindən geri dönməyəcəyik”
16 Aprel 2025 Narazı ermənilər küçələrə çıxdılar: “Qarabağ klanı” Paşinyanı devirmək istəyində
16 Aprel 2025 İranın parçalanması planında inanılmaz detal – Hədəf başqadır

Dünyapress TV

Xəbər lenti