“Bu qış azərbaycanlılar tərəfindən isinməkdənsə, ermənilərlə birlikdə donmağı üstün tuturam”...
Fransız yazıçı, publisist və səyyah Silven Tesson Avropa ölkələrinin Azərbaycandan qaz almağa davam etməsinə qarşı çıxış edib.
O, Facebook hesabında erməni xalqına dəstək sözləri yazıb.
Tesson qeydində yazıb: “Bu qış azərbaycanlılar tərəfindən isinməkdənsə, ermənilərlə birlikdə donmağı üstün tuturam”.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmaq niyyətində olduğunu bəyan edib . Bundan sonra Twitter istifadəçiləri Ermənistana və erməni xalqına dəstək məqsədilə #StandWithArmenia fləşmobuna başlayıblar. Fləşmoba müxtəlif ölkələrdən ermənipərəst sosial şəbəkə istifadəçiləri, o cümlədən tanınmış ictimai xadimlər, siyasətçilər, jurnalistlər, blogerlər və sadə vətəndaşlar qoşulub.(unikal)