Rusiya Krım körpüsündə partlayış baş verən yük maşınının marşrutunu müəyyənləşdirib.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin prezident Vladimir Putinlə görüşündə bildirib.
İstintaq Komitəsinin rəhbəri artıq ilkin məlumatların olduğunu bildrib.
Bastrıkin istintaq qrupunun əsaslı nəticələr əldə etdiyini bildirərək partladılan yük maşınının artıq marşrutu haqqında informasiyanın əldə olunduğunu diqqətə çatdırıb.
“Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 205-ci – “Terrorçuluq” maddəsi ilə iş açılıb. Şahid ifadələri alınıb, xüsusi ekspertizalar başa çatıb. Əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı Federal Təhlükəsizlik Xidməti orqanlarına, Rusiya Daxili İşlər Nazirliyinə müvafiq göstərişlər verilib”.
Bastrikin partladılan yük maşınının marşrutunun Bolqarıstan, Gürcüstan, Ermənistan, Şimali Osetiya, Krasnodar diyarı ilə təşkil olunduğunu da diqqətə çatdırıb.