"Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi və indi Fransa Ermənistana "siyasi" qucaq açır"
Ermənistanın Sünik rayonunun Gorus şəhərində (Zəngəzur) Fransanın fəxri konsulluğunun nəhayət ki, açılışı olub. Fəxri konsul vəzifəsinə Gorusdakı Frankofoniya mərkəzinin direktoru Karmen Apunts təyin edilib. Ermənistan xarici işlər nazirinin müavininin sözlərinə görə, sabit sülhün təminatı həm də iqtisadi qarşılıqlı əlaqə və regional əməkdaşlıqdır ki, bu da regionda qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə verəcək. Fransanın hansı məqsədlə Qafanda konsulluq açması aydın məsələdir.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Gorusda Fransanın fəxri konsulluğu açıldı, sanki orada fransızlar “yaşayır”.

“Ümumiyyətlə, bu diplomatik qaydalarda belədir ki, hansı ölkənin hansısa şəhərində, bölgəsində çoxlu sayda digər ölkənin vətəndaşı yaşayırsa, orda da qarşılıqlı razılıq əsasında konsulluq açılır. Amma Gorusda heç bir dənə də fransız yoxdur. Hətta ora fransız deyil, ermənini konsul olaraq təyin etdilər.

Keçən il orada İran konsulluq açdı. İranı qismən başa düşmək olar. Çünki oradan İran sürücüləri yük daşıyırlar. Ancaq fransızların konsulluq açması siyasi məqsədlər daşıyır. Yəni Fransa da başa düşür, Ermənistan da bilir. Hətta İran da bilir ki, həmin ərazi gələcəkdə çox önəmli siyasi strateji bir nöqtə olacaq. Çünki 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyannamədə nəzərdə tutulan Zəngəzur dəhlizi, məhz oradan keçəcək. Orada da xarici ölkələrin konsulluğu olması, həmin ölkə üçün çox vacib məsələdir. Çünki həmin ölkələr orada dövlət maraqlarını qorumağa çalışacaqlar. Bu nöqtey-i nəzərdən, Fransa da orada fəxr konsulluq açır. Gələcəkdə bu yol dəhlizi açılandan sonra orada öz dövlət maraqlarını təmin etmək üçün müəyyən işlər görəcəklər.

Xatırladaq ki, orada konsulluq açmağa da Rusiya da iki ildir müraciət edib. Hələlik onlara şərait yaradılmayıb. Ancaq Fransanın xarici işlər naziri Ermənistana səfəri zamanı bu məsələni danışdı və aradan bir neçə gün keçəndən sonra da fəxri konsulluq açıldı. Bu da onu göstərir ki, Fransa Cənubi Qafqazda möhkəmlənmək istəyir. Fransa Cənubi Qafqazda öz dövlət marağını həyata keçirmək istəyir”-deyə politoloq qeyd edib.

Elşad Həsənov bildirib ki, Ermənistandan son 200 ildə Rusiya bu cür istifadə etmişdi və indi Ermənistan Fransaya doğru qaçır: “Eyni zamanda həmin konsulluq vasitəsilə, İran və Türkiyə istiqamətində də Fransanın maraqlarını qoruyacaq və orda öz işlərini həyata keçirəcəklər. Bununla yanaşı, kəşfiyyat işləri həyata keçirə biləcəklər. Bu səbəbdən, Gorusda Fransa konsulluğu açıldı”.

Politoloq hesab edir ki, Zəngəzur dəhlizi açılandan sonra orada daha çox daha çox ölkənin konsulluğu olacaq və Ermənistan istər-istəməz gələcəkdə Rusiyaya da razılıq verəcək.
 

Bölmənin digər xəbərləri

06 İyun 2025 Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Gününün gündəliyi açıqlanıb
06 İyun 2025 Si Cinpin Donald Trampı Çinə səfərə dəvət etdi
06 İyun 2025 Maskdan şok: Trampın adı uşaqların cinsi istismarında hallanır!
05 İyun 2025 Spiker qocalmaq əleyhinə kremlər alıb – Dövlətin puluna
05 İyun 2025 Rusiyalı deputatlardan azərbaycanlılara da mənfi təsir edəcək təklif
05 İyun 2025 Hacıyevin mesajı: Türkiyədə Bakını hədəf alanlar kimlərdir?
05 İyun 2025 Kreml Putin-Tramp danışığının detallarını açıqlayıb
05 İyun 2025 Netanyahu Azərbaycana gəlməməsinin səbəbini açıqladı
05 İyun 2025 Ölkəni silkələyən 2 milyardlıq araşdırma: - “Mətbuat azadlığı”, “insan haqları” və “demokratiya”...
04 İyun 2025 Şahramanyana qarşı yeni ittihamlar
04 İyun 2025 Trampın nəvəsinə elçi getdi, həbs olundu – Mar-a-Laqoda şok olay!
04 İyun 2025 Moskvada müsəlmanları təhqir edən erməni cəzalandırıldı
04 İyun 2025 Vens Harvardla düşmənçiliyin səbəbini açıqladı: Prezident seçkilərində...
04 İyun 2025 Rusiyadan danışıqlar imitasiyası: Moskva Kiyev qarşısında elə tələblər qoydu ki...
04 İyun 2025 200-dən çox insan zəlzələdən istifadə edərək həbsxanadan qaçıb
04 İyun 2025 Yəqin ona “Mişa, Medvedyevliyini saxla ara soyuyana” deyiblər.
04 İyun 2025 Agentlik xarici blogerləri Azərbaycana gətirir - 1,2 milyon manat xərcləyəcək
03 İyun 2025 Rusiyada anti-Azərbaycan isteriyası - daha bir irqçi çıxış, Bakıdan sərt reaksiya...
03 İyun 2025 CHP qurultayı ilə bağlı istintaq başa çatıb: Kılıçdaroğlu zərərçəkmiş, İmamoğlu şübhəli olub
03 İyun 2025 Qərbin dəstəyi olmadan Ukrayna bu əməliyyatı keçirə BİLMƏZDİ - Elçin Xalidbəylidən DƏRİN TƏHLİL

Dünyapress TV

Xəbər lenti