b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_45dccad96b664bf74f46c171a0207afd.jpeg
  

Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Yaroslav Moskallikin qətli ilə bağlı şok detallar üzə çıxıb. İstintaqın gedişində məlum olub ki, generalı öldürən partlayıcı avtomobilin sahibi olan şəxs onunla eyni girişdə yaşayırmış.

Musavat.com xəbər verir ki, məlumatları “Baza” teleqram kanalı yayıb.

Onların bildirdiyinə görə, şübhəli şəxs bir ay ərzində Moskvanın Nesterov bulvarı, ev 2-də kirayə mənzildə yaşayıb. Məhz bu ünvan Moskalliklə eyni binada yerləşirdi. Daha dəqiqi – onlar eyni blokda yaşayırdılar.

L-1200.1.6-1.jpg (78 KB)

Baza-nın əməkdaşları həmin binada yaşayan sakinlərlə söhbət aparıblar. Bir neçə nəfər şahid kimi təsdiqləyib ki, 16 aprel tarixində girişin tam qarşısında “Volkswagen Golf” markalı avtomobil park edilmişdi. Bu avtomobilin içərisinə VOQ tipli döyüş sursatları (podstvolnı qumbara atıcılarının mərmiləri) ilə hazırlanmış partlayıcı qurğu yerləşdirilmişdi.

Sakinlər bildiriblər ki, həmin gün avtomobilin yanında bir kişi görünüb. Məhz o şəxs həmin maşını orada saxlayıb və o vaxtdan bir daha görünməyib.

Partlayış: general çıxan anda maşın işə düşür

2025-ci il 25 aprel tarixində, təxminən saat 10:40-da general Moskallik evdən çıxdığı anda avtomobildə yerləşdirilmiş uzaqdan idarə olunan bomba işə düşüb və general hadisə yerində ölüb.

Yayılan məlumata görə, “Volkswagen Golf”un son sahibi olan şəxs – Ignat Kuzin – bu fotoda əks olunur (foto 10–12 il əvvələ aiddir). O, Ukraynanın Sumı şəhərində anadan olub, 2015-ci ildən isə Qaraçay-Çərkəz Respublikasında qeydiyyatdadır.

photo_2025-04-25_20-03-26-1.jpg (61 KB)

Baza-nın yazdığına görə, Ignat Kuzin “Golf” markalı avtomobili 2025-ci ilin fevral ayında Andrey P. adlı şəxsdən alıb. Satıcı qeyd edir ki, Kuzin tam normal davranıb, heç bir şübhəli hərəkəti olmayıb.

Partlayış baş verməzdən bir neçə gün əvvəl, 16 apreldə avtomobil generalın evinin qarşısında park edilir. Bundan 3 gün sonra – 19 apreldə isə Kuzin Rusiyanı tərk edərək Türkiyəyə uçub.

Bu məlumatla bağlı istintaq orqanları tərəfindən Ignat Kuzin barəsində beynəlxalq axtarış elan edilib. Onun hazırda hansı ölkədə gizləndiyi və mümkün əlaqələri araşdırılır.

Avtomobilin qeydiyyatı Azərbaycan vətəndaşının adına olub?

Hadisənin ardından bəzi rus teleqram kanalları sensasion iddia ilə çıxış ediblər. Bildirilib ki, partladılan “Golf” avtomobili əvvəllər Azərbaycan vətəndaşının adına qeydiyyatda olub. Bu iddia hələlik rəsmi təsdiqini tapmasa da, istintaq orqanları bu istiqamətdə araşdırma aparır.

General Yaroslav Moskallik Rusiya Müdafiə Nazirliyinin nüfuzlu zabitlərindən biri hesab olunurdu.

Musavat.com hadisə ilə bağlı istintaqın gedişini və əlavə detallar ortaya çıxdıqca oxucularına təqdim etməyə davam edəcək.

 

 
 
 
 
 

 

 

 
 
 
 
 

 

Musavat.com

 
 
 

Bölmənin digər xəbərləri

26 Aprel 2025 “Hizbullah” kabusu: reallıq və uydurmalar - “Nezavisimaya qazeta”
26 Aprel 2025 Çin ilə 'Hayalet Anlaşma' Birjanım Qarışmasına Səbəb Oldu - Tramp yenə yalan söylədi
26 Aprel 2025 “Putinə hər şey, Kiyevə heç nə” – Conson Trampın planını tənqid etdi
26 Aprel 2025 Hindistanlı nazir Pakistan vətəndaşlarının deportasiyasını əmr edib
26 Aprel 2025 Narışkin Bakıda Suriya kəşfiyyatının nümayəndələri ilə görüşüb - KİV
25 Aprel 2025 “Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır” - Ayxan Hacızadədən Kanadanın XİN başçısına
25 Aprel 2025  ABŞ-ın Ermənistandakı səfiri də “soyqırım”dan imtina etdi
25 Aprel 2025 Aİ-nin Ermənistandakı missiyası paylaşımında “soyqırımı” sözünü çıxardı – FOTO
24 Aprel 2025 İlham Əliyevin qarşılanma mərasiminə belə hazırlaşdılar- VİDEO
24 Aprel 2025 Azərbaycan düşməninin arvadı da həbsə gedir - sıra kimdə?
24 Aprel 2025 Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasına – Paşinyanın reaksiyası
24 Aprel 2025 Tramp Moskvayla razılaşma barədə eyham vurdu və Kiyevi tənqid etdi – Zelenskiy ərazi güzəştlərini rədd edir
24 Aprel 2025 BMT-nin Baş katibinə ünvanlanan məktubda Ermənistanın qızışdırıcı ritorikasına diqqət çəkilib
24 Aprel 2025 AFAD-dan yeni açıqlama: Afterşoklar davam edir
23 Aprel 2025 Çinlə dərinləşən münasibətlər Zəngəzur dəhlizinin açılmasını sürətləndirə bilər...
23 Aprel 2025 Dünyanın ən bahalı villaları – TOP-5
23 Aprel 2025 Rusiyadan Avropaya təhlükə artmaqda davam edir - Hollandiya kəşfiyyatı təxribatların hədəflərini açıqladı
23 Aprel 2025 ABŞ İrana yeni sanksiyalar tətbiq edib
23 Aprel 2025 Deputat Xamenei üçün hazırlanan “Ağa can, 100 yaşa” videosundan danışdı: - “Güclü ideoloji iş apara bilməsək...”
23 Aprel 2025 Tərəflər yorulub, qarşıdurmanı dayandıracaq sülh formuluna ehtiyac var - ŞƏRH

Dünyapress TV

Xəbər lenti