Avropa İttifaqının (Aİ) Gürcüstandakı etirazları maliyyələşdirməsi Ermənistandakı Aİ ölkələrinin səfirlikləri vasitəsilə həyata keçirilir.
Caliber.Az-ın Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatına istinadən bildirdiyinə görə, Aİ-nin Gürcüstandakı nümayəndəliyi hökumət əleyhinə aksiyaların hər bir iştirakçısına 120 avro ödəyir.
Ümumilikdə, Brüssel hazırda Gürcüstanda bloqerlər, jurnalistlər, IT mütəxəssisləri və Rusiyadan köçənlər arasında hökumət əleyhinə əhval-ruhiyyə formalaşdırmağa çalışır.
Bu məqsədlər üçün bloqerlərə 50 min avroya qədər vəsait ayrılır.
"Avropa rəsmiləri etirazları fəallaşdırmaq və hökumətdəki "Gürcü Arzusu"' partiyasına qarşı müxalifət partiyalarından ibarət "vahid yumruq" yaratmaq istəyirlər", - deyə Rusiya xüsusi xidməti əlavə edib.