"Kim Maskdan narazıdırsa, onu işdən qovacam" —
Prezident Donald Tramp çərşənbə günü Nazirlər Kabinetinin ilk iclasını keçirib.

İclasda Nazirlər Kabinetinin üzvü olmayan İlon Mask da iştirak edib.

Tramp görüş zamanı Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskdan narazı olanları işdən qovmaqla hədələyib.

ABŞ prezidenti əlavə edib ki, Maskın həyata keçirdiyi ixtisarlar nəticəsində çox böyük məbləğdə pula qənaət edilib.

Mask isə öz növbəsində, federal qurumlarda işçilərin sayını kütləvi şəkildə azaltmaq təşəbbüsünü həyata keçirən Hökumətin Effektivliyi Departamentinin (DOGE) işi haqqında danışıb. Artıq 20.000-dən çox insan işdən çıxarılıb, daha 75.000 nəfər kompensasiya müqabilində könüllü istefa verməyə razılaşıb və proses bu həftə də davam edir.
“Elondan narazı olan varmı? Əgər belədirsə, biz onları buradan qovacağıq”, - Tramp bildirib.

CNN yazıb ki, onun bu sözləri nazirlərin alqışlarına səbəb olub.

Daha sonra Tramp qeyd edib ki, onun kabinetinin üzvləri Elona və onun gördüyü işlərə böyük hörmət bəsləyirlər, baxmayaraq ki, bəziləri “bir az razılaşmır”. “Ancaq sizə deyim ki, çox hissəsi nəinki xoşbəxtdir, həm də sevinir”, - deyə prezident əmin edib. (Savashmedia.az)
 

Bölmənin digər xəbərləri

28 Fevral 2025 Rusiya kəşfiyyatı: "Aİ Gürcüstandakı etirazları Ermənistan vasitəsilə maliyyələşdirir"
28 Fevral 2025 “Üsyankar”ın qətlinin 10 ili - Cəzalananlar var, amma... - FOTOLAR
28 Fevral 2025 “ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” - GÖRÜNƏNİ BUDUR
27 Fevral 2025 Moskvanın təzyiq marşrutları – Kiyev, Tiflis, İrəvan, Kişinyov...
27 Fevral 2025 Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi - FOTO
27 Fevral 2025 Varlamovun hesablarına həbs qoyuldu
27 Fevral 2025 Tramp: Putin hiyləgərdir, seçilməyimi gözləyirdi
27 Fevral 2025 Paşinyan: "Azərbaycanın qərbindən Naxçıvana dəmiryolu Ermənistan ərazisindən keçəcək"
26 Fevral 2025 Tayvan sularında Çin ticarət gəmisi saxlanılıb
26 Fevral 2025 Cənubi Koreya prezidenti məhkəmədə xalqdan üzr istəyib
26 Fevral 2025 Ukraynalı qaçqınların 70%-i ölkəyə qayıtmayacaq - Nazir
26 Fevral 2025 ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi
26 Fevral 2025 Kral Çarlzın "Land Rover"i hərraca çıxarıldı
26 Fevral 2025 Dünyanın ən güclü pasportları: Azərbaycan neçəncidir?
25 Fevral 2025 Ukraynanın 100 ilə ödəyə bilməyəcəyi borc və dəhşətli ssenarilər
25 Fevral 2025 Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür!
25 Fevral 2025 Amerikanın bir nömrəli düşməni məlum oldu
25 Fevral 2025 ABŞ-dən İranla bağlı yeni qərar: onlar hədəfə alındı...
25 Fevral 2025 Zelenski Trampın adamının üstünə qışqırıb: Otaqdan gələn boğuq bağırtını...
25 Fevral 2025 “ABŞ-dən aldığımız pulu qaytarmayacağıq, imkan yoxdur” — Zelenski

Dünyapress TV

Xəbər lenti