“PKK diplomatik yolla bitə bilməz, indi onun əsl lideri bu şəxsdir... "
PKK terror təşkilatının Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslimdən Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın çağırışını dəstəkləyib.

"Biz silahı yerə qoymağa hazırıq. Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, bu çağırışı qəbul edirik", - deyə Salih Müslim qeyd edib.

Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.

Bəs PKK-nın diplomatik həllə meyillənməsi realdırmı, yoxsa bu, vaxt qazanmaq üçün taktiki addımdır?

Politoloq Zeynal Əmrəliyev mövzunu bu cür şərh edib:

"PKK diplomatik yolla bitə bilməz. Bu adamları bağışlasalar onların məclisə yolu açılacaq. Leyla Zana, Pərvin Buldanı qəbul etmək olmur, digərləri necə qəbul ediləcək? Əgər bu məsələ siyasi müstəvidə qəbul ediləcəkdisə niyə Səlahəddin Demirtaşa həbsdədir? Niyə Demokratik Toplum Partiyası, Barış və Demokratiya Partiyası kimi siyasi kürd partiyalarının fəaliyyətinə qadağa qoyuldu? Öcalanın sağında əyləşmiş Ahmet Türkə baxın, adam hər bələdiyyə seçkilərində Mardin Böyükşəhər Bələdiyyəsinin sədri seçilir, sonra hökumət onun sədrliyini PKK ilə yaxınlıq səbəbindən ləğv edir, yerinə qəyyum təyin edir. PKK - nın siyasi yolla bitirilməsi xülyadan başqa bir şey deyil. İdeoloji olaraq zərbə vurulması da boş söhbətdir. PKK kənar dövlətlər və Türkiyənin şərqində formalaşmış feodal tayfa qruplarının hökumətə təzyiq vasitəsi kimi istifadə etdiyi, maddiyyat üzərində fəaliyyətini davam etdirən silahlı qrupdur.

21 mart 2013 - cü ildə Diyarbəkirdə Novruz mərasimində Abdullah Öcalanın məktubu oxunmuşdur. Məktubda PKK Türkiyə sərhədlərini tərk etmək çağırışı edilirdi. Həmən ilin 25 aprelində təşkilatın faktiki lideri Murad Karayılan jurnalistlərlə böyük bir mətbuat konfransı keçirir və 8 maydan etibarən geri çəkiləcəklərini bildirir. 26 iyunda Ərdoğan Türkiyə Ziyalılar Fondunun üzvləri ilə Baş Nazirlik binasındakı görüşündə PKK - nın onları aldatdığını, sadəcə 15 faizinin geri çəkildiyini bildirir. PKK isə 9 sentyabrda geri çəkilməni dayandırır. Bundan sonra PKK - nın liderlərindən olan Cəmil Bayık verdiyi açıqlamada "Öcalan orda çarmıxa çəkilmiş vəziyyətdədir. Onun hansısa plan qurmaq, danışıq aparmaq gücü yoxdur. Onun hər hərəkəti, danışığı, sözü kamera vasitəsi ilə izlənilir. Əgər olan qurulacaqsa bunu biz edəcəyik, Öcalan deyil" şəklində açıqlama vermişdir".

Politoloqun fikrincə, kürdlər içində Öcalanın nüfuzu, böyük gücü olsa da, ona əsir kimi baxırlar:

"Öcalan öz siyasi varlığını sonlandırıb, tarix olub. Artıq Abdullah Öcalan yoxdur. PKK üçün o, ölü kimi bir şeydir. Onun şəxsiyyətinə hörmət edirlər, onun haqqında əfsanəvi rəvayətlər danışırlar, lakin tarixi şəxsiyyət kimi baxırlar. 26 ildir həbsdə olan birinin sözünə heç kim etibar etməz. Bir kürd siyasi hərəkatı var, bu gerçəyi heç kim dəyişdirə bilməz, açıq etiraf edək, onun rəhbəri Abdullah Öcalan deyil, onun rəhbəri hazırda həbsdə olan Səlahəddin Demirtaşdır. 2019 - cu ili xatırlayın, Əkrəm İmamoğlu İstanbulu necə qazandı? Əgər PKK siyasi səhnəyə dönərsə bu Demirtaşın gücünə güc qatacaq.

Ümumiyyətlə, Türkiyənin siyasi həyatında bundan sonrakı rolu Hakan Fidan və Əkrəm İmamoğlu, müəyyən qədər də Fateh Ərbakan və Səlahəddin Demirtaş kimi şəxslər oynayacaqlar. Bu 4 şəxsi ciddi şəkildə izləmək lazımdır". \\Musavat.com
 

Bölmənin digər xəbərləri

28 Fevral 2025 Media Trampın Zelenskinin Vaşinqton səfərini ləğv etdiyini iddia edir
27 Fevral 2025 Tramp: Ukrayna artıq NATO-ya üzvlüyü yaddan çıxara bilər
27 Fevral 2025 Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
26 Fevral 2025 Prezident Administrasiyası siyasi partiyaların iştirakı ilə dəyirmi masa təşkil etdi - FOTO
26 Fevral 2025 Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
25 Fevral 2025 Tramp Putinə “diktator” deməkdən imtina etdi – Zelenskini belə adlandırmışdı
25 Fevral 2025 Tramp: "ABŞ Rusiya ilə bir neçə saziş imzalamağa çalışır"
25 Fevral 2025 Tramp Makronu qarşılamadı - Foto
25 Fevral 2025 NATO Baş katibi: "Ukraynada ədalətli sülh üçün daha çox səy göstərməliyik"
25 Fevral 2025 Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
24 Fevral 2025 İlham Əliyevin Pakistanın Baş naziri ilə təkbətək görüşü başlayıb
24 Fevral 2025 Zelenski Ukraynada sülh naminə prezidentlikdən getməyə hazır olduğunu deyir
24 Fevral 2025 Ukrayna ABŞ-yə əsas tələblərini təqdim edəcək
24 Fevral 2025 Ərdoğan yenidən başqan seçildi
24 Fevral 2025 Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
23 Fevral 2025 Yavaşdan prezident namizədliyi ilə bağlı açıqlama
23 Fevral 2025 Zelenski ABŞ-ın tələb etdiyi sazişi imzalamır
22 Fevral 2025 Hacıyevin İsrail səfəri: Siyasi dönüş başladı, qadağa ləğv edilir!
22 Fevral 2025 Tramp məcburetmə əməliyyatına başlayıb: - Zelenski ABŞ-dan niyə uzaqlaşır?
21 Fevral 2025 Gürcüstan Lavrovun “3+3” formatı ilə bağlı təklifini rədd edib

Dünyapress TV

Xəbər lenti