WP senzura tətbiq etdi, ABŞ qarışdı: "Trampa yarınmağa çalışan milyarderlər"
Məşhur amerikalı karikaturaçı Enn Telnes "Washington Post" qəzetinin sahibi Ceff Bezos və digər bir neçə milyarderin Donald Trampa "pul dolu kisələr" təqdim etdiyi karikaturasının dərc edilməməsi səbəbindən qəzetdən istefa verib.

Qaynarinfo xəbər verir ki, Telnes bu qərarı mətbuat azadlığı üçün təhlükəli hesab edib. Qəzetin rəhbərliyi isə bu qərarın arxasında durduğunu bildirib.

"Belə bir davranışla qarşılaşmamışdım"

Telnes sosial şəbəkələrdə "Washington Post"dakı vəzifəsindən istefa verdiyini açıqlayıb. 2008-ci ildən bu qəzetdə çalışdığını qeyd edən karikaturaçı, indiyə qədər heç bir əsərinin belə rədd edilmədiyini vurğulayıb.

"Rədd edilən karikaturam mətbuat və texnologiya sahəsindəki milyarderlərin ABŞ-ın seçilmiş prezidenti Donald Trampa yarınmaq üçün göstərdikləri səyləri tənqid edirdi", deyə o bildirib.

Karikaturada "Washington Post" qəzetinin sahibi və "Amazon"un qurucusu Ceff Bezos, "Meta"nın baş direktoru Mark Zukerberq, "OpenAI"nın rəhbəri Sem Altman, "Los Angeles Times"ın sahibi Patrik Sun-Şionq və "Disney"in simvolu Mikki Mausun yer aldığı təsvir olunub. Telnes bu şəxslərin son vaxtlar Trampa yaxınlaşmağa çalışdığı barədə xəbərlərə diqqət çəkib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736086045_2.png
Mətbuat azadlığına təhlükə
"Pulitzer" mükafatı laureatı Telnes əvvəllər də əsərlərində bəzi dəyişikliklər edilməsinin istənildiyini, lakin ilk dəfədir ki, əsərinin məzmununa görə rədd edildiyini bildirib. O, bu hadisənin mətbuat azadlığı üçün ciddi təhlükə olduğunu vurğulayıb.

Onun çəkdiyi karikaturada milyarderlərin diz çökərək əllərində pul dolu kisələrlə Trampın heykəlinə təzim etdiyi və "Disney"ə aid Mikki Mausun yerə baş əydiyi təsvir olunub.

"Washington Post" qərarını müdafiə edir

"New York Times" qəzetinin məlumatına görə, "Washington Post"un redaktoru Devid Şipli Telnesin karikaturasının dərc olunmamasını müdafiə edərək, onun fikirlərinə qatılmadığını deyib.

"Hər redaksiya qərarı pis niyyətli güc nümayişi deyil" deyən Şipli Telnes ilə danışdığını və istefa qərarını yenidən nəzərdən keçirməsini istədiyini bildirib.

Seçki ilə bağlı mübahisələr

Mülayim solçu xətti ilə tanınan "Washington Post" 36 il aradan sonra bu il prezident seçkilərində heç bir namizədi dəstəkləməyəcəyini açıqlamış və tənqid hədəfinə çevrilmişdi. İddialara görə, qəzet rəhbərliyi Kamala Harrisi dəstəkləməyə yaxın idi, lakin Bezosun müdaxiləsi ilə bu qərardan vaz keçilib.

Həmçinin, 2024-cü ilin dekabrında yayımlanan xəbərlərə əsasən, Bezos, Zukerberq və Altman Trampın vəzifə təhvil-təslim tədbirlərinə təxminən 1 milyon dollar bağış etməyi planlaşdırır.
 

Bölmənin digər xəbərləri

07 Yanvar 2025 Petrosyanın sensasion çıxışı niyə indi yayıldı? – Nikolun qisası
07 Yanvar 2025 Kiyevdən Qərbə xəbərdarlıq
07 Yanvar 2025 Kim Çen Indan qəribə qadağa
07 Yanvar 2025 Axırı Livan ermənisi çıxacaq... - İLGİNC FAKT
07 Yanvar 2025 Makron Maskı digər ölkələrdəki seçkilərə müdaxilədə günahlandırıb
06 Yanvar 2025 Faşistlər, yoxsa Almaniyanın xilaskarları? - Maskın "yeni oyuncağı" olan AfD haqqında həqiqət
05 Yanvar 2025 Revanşist "Ayakve"dən Paşinyanla bağlı AÇIQLAMA
05 Yanvar 2025 Alimlər xəbərdarlıq edir: bu ölkələr təhlükə altındadır… Dünya xəritəsi yenidən çəkiləcək
05 Yanvar 2025 Rus müəllimlərdən erməni bayrağına QADAĞA - Görün nə ediblər... VİDEO
05 Yanvar 2025 Bayden Messini və digər məşhurları Azadlıq Medalı ilə təltif edib-ADLAR
05 Yanvar 2025 Serbiyanın ən iri aviaşirkəti Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırır
05 Yanvar 2025 Sirr açıldı? - ABŞ-də gecələr peyda olan və sakinləri qorxudan PUA-larla bağlı Livelsbergerin izahı
05 Yanvar 2025 "Ərlərini öldürüb gözəl qadınlarını ələ keçirirdilər"
04 Yanvar 2025 Levon Ter-Petrosyanın gerçək üzü: 1993-cü ildə etdiyi çıxış yayıldı və hər şey ortaya çıxdı - VİDEO
04 Yanvar 2025 Baydenin əlində və üzündə sirli göyərmələr aşkarlandı
04 Yanvar 2025 Bu ölkə 20-dən çox aviaşirkətin uçuşlarını qadağan etmək istəyir
04 Yanvar 2025 Tramp Çindən koronavirusa görə təzminat tələb edəcək
04 Yanvar 2025 ABŞ YPG-ni dəstəkləmək üçün Suriyanın şimalında hərbi baza tikir
03 Yanvar 2025 Putini Tramp dayandıra bilər –Zelenski
03 Yanvar 2025 Suriyada azlıqlara zülm olarsa, Ankara lazımi addımlar atacaq

Dünyapress TV

Xəbər lenti