Gürcüstan qalmaqallı qanuna dəyişiklik edəcək?
Avropa Şurası və Gürcüstan rəhbərliyi ölkədə etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” Qanuna dəyişiklik edilməsini müzakirə edəcəklər.
“Kommersant” xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Alen Berse Tbilisiyə üçgünlük səfərindən sonra mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, sözügedən qanuna dəyişiklik edilməsinin müzakirəsi üçün İşçi Qrupun yaradılması ilə bağlı Gürcüstan rəhbərliyi ilə razılığa gəlib. Berse bildirib ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyası Avropa Şurası yanında yaradılan komissiya hansı dəyişikliklərin tələb olunduğunu müəyyən edərsə, həmin qanuna dəyişiklik etməyə razılaşıb: “Qütbləşmə Gürcüstanda demokratik proseslərə zərbə vurur. Bütün qüvvələr dialoqda iştirak etməli, demokratik prinsipləri qorumalı və ona hörmətlə yanaşmalıdırlar”.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə öz növbəsində brifinqdə bildirib ki, ölkə rəhbərliyi istənilən formatlarda, eləcə də Avropa Şurasının iştirakı ilə müzakirələrə hazırdır: “Qanunun yenidən nəzərdən keçirilməsinə gəldikdə isə, burada vacib bir məqam var – bu qanunun hüquq prinsiplərini məhz necə pozduğunu bizə əsaslandırmalıdırlar. Bizə hüquqi nöqsanların mövcudluğunu təsdiq edən əsaslandırmalar təqdim edilərsə, əlbəttə, biz qanunu yenidən nəzərdən keçirməyə hazırıq”.

Xatırladaq ki, Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” Qanunu may ayında qəbul edib. Bu qanun xaricdən maliyyələşən bütün qeyri-hökumət təşkilatlarının və Kütləvi İnformasiya Vasitələrinin (KİV) xüsusi reyestrdə qeydiyyatdan keçirilməsini nəzərdə tutur. Avropa İttifaqı tərəfindən tənqid edilən qanun layihəsinin müzakirəsi və daha sonradan parlamentdə qəbulu ölkədə kütləvi etiraz aksiyalarının keçirilməsinə səbəb olmuşdu. Gürcüstan müxalifəti “xarici agentlər” haqqında bu qanunu Rusiyada mövcud olan qanunla müqayisə edirdi.

Bölmənin digər xəbərləri

21 Dekabr 2024 Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ
21 Dekabr 2024 Rusiya bu ölkənin milyonlarla borcunu silib
20 Dekabr 2024 Arvadı Əsəddən boşanır
20 Dekabr 2024 Zelenski Trampa müraciət etdi: "Ukraynaya dəstək gözləyirik"
20 Dekabr 2024 Abxaziya “parlament”ində atışma – Ölən və yaralanan var
19 Dekabr 2024 Tramp yeni imicdə – Video
19 Dekabr 2024 "Türkiyə Suriyanın ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcək" - Ərdoğan
19 Dekabr 2024 Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır
18 Dekabr 2024 Prezident Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən DANIŞDI
18 Dekabr 2024 ABŞ-də içərisində təhlükəli materialların olduğu yük yoxa çıxdı
18 Dekabr 2024 Əsədin “insan qəssabxanası”na girən BMT nümayəndəsi ağladı - FOTO
18 Dekabr 2024 Bakı Hindistan silahları almaq istəyir? – Hind nəşrinin qəribə iddiası və reallıq
17 Dekabr 2024 Əsədin qayınatası və qayınanası İngiltərəni tərk etdi
17 Dekabr 2024 “Narışkin Putinin gözündən düşüb” - Dövlət mükafatı ilə təltif ediləcəkdi, amma...
17 Dekabr 2024 “Silahlılar yaxınlaşan zaman…” – Bəşər Əsəddən ilk açıqlama
17 Dekabr 2024 Paşinyandan SENSASİON AÇIQLAMA: Anna arvadı deyilmiş
16 Dekabr 2024 Medvedyevdən qorxunc anons: - “Başqa qonşu ölkələrə də girə bilərik…”
16 Dekabr 2024 BMT nümayəndəsi Suriyanın bərpasına kömək məqsədilə sanksiyaların yüngülləşdirilməsinə çağırır
16 Dekabr 2024 Ukraynada erməni əsilli diversant tutulub.
16 Dekabr 2024 Paşinyan Rusiya qazını AB-nin vizasına dəyişir - senasion gəlişmə

Dünyapress TV

Xəbər lenti