BMT nümayəndəsi Suriyanın bərpasına kömək məqsədilə sanksiyaların yüngülləşdirilməsinə çağırır
BMT-nin xüsusi nümayəndəsi ölkənin yeni liderləri, regional və qlobal güclər prezident Bəşar Əsədin devrilməsindən sonra irəliyə doğru yol cızmağa başladığı bir vaxt bazar günü Suriyaya qarşı Qərbin sanksiyalarına tez bir zamanda son qoyulmasına çağırıb.

Suriya hökuməti 2011-ci ildə hökumət əleyhinə dinc etirazlar kimi başlayan və sonradan vətəndaş müharibəsinə çevrilən hadisələrə Əsəd rejiminin qəddar reaksiyası nəticəsində illərdir ABŞ, Avropa İttifaqı və başqları tərəfindən sərt sanksiyalara məruz qalırdı.

Bir neçə gün əvvəl Əsədi devirən və onun ölkə üzərində dəmir yumruqla idarəçliyinə son qoyan üsyançıların alyansı Suriyanın əvvəlki iqtisadi problemlərini daha da pisləşdirən sərt beynəlxalq sanksiyalardan sarsılmış və dərindən təcrid olunmuş bir ölkə ilə üz-üzədir.

Lakin Suriyanın yenidən qurulmasını digər problemlər də çətinləşdirir: keçid dövrünün yeni rəhbərliyi ölkəni necə idarə etmək barədə aydın fikir ortaya qoymayıb və hücumun arxasında duran əsas qrup ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınıb.

BMT-nin Suriya üzrə nümayəndəsi Geir Pedersen Dəməşqdə jurnalistlərə verdiyi açıqlamada sanksiyaların sürətlə aradan qaldırılması ilə Suriyanın son bir neçə həftənin təlatümlü dövründən sonra yoluna qayıtmasının mümkün olacağını bildirib.

“Ümid edirəm ki, Suriyanın bərpası ilə bağlı real birliyi görə bilməyimiz üçün sanksiyaların tezliklə sona çatdığının şahidi olacağıq”, Pedersen deyib.

Suriyanın ən böyük şəhərlərinin bəzi hissələri illərlə davam edən döyüşlər nəticəsində zədələnmiş və ya dağılmış vəziyyətdə qalır. Yenidənqurma işləri siyasi həllin olmadığı halda hökumətin nəzarətində olan ərazilərdə zədələnmiş infrastrukturun və əmlakın bərpasının qarşısını almaq məqsədi daşıyan sanksiyalarla əsasən dayandırılıb.

Pedersen Əsədi hakimiyyətdən devirən keçmiş müxalifət qüvvələrinin yaratdığı və islamçı Heyət Təhrir Əş-Şam (HTŞ) silahlı qrupunun rəhbərlik etdiyi yeni müvəqqəti hökumətin rəsmiləri ilə görüşmək üçün Dəməşqə gedib.

Vaşinqtonda rəsmilər Bayden administrasiyasının qruplaşmanın terror təşkilatları siyahısından çıxarılmasını nəzərdən keçirdiyini bildiriblər. ABŞ dövlət katibi Antoni Blinken şənbə günü rəsmilərin qrupla birbaşa əlaqə saxladığını bildirib.

Blinken həftə sonu İordaniyada keçirilən fövqəladə iclasda iştirak edərək, Ərəb Liqasının 12 xarici işlər nazirinin, Türkiyə və eləcə də Avropa İttifaqı və BMT-nin yüksək səviyyəli rəsmilərinin Suriyanın onilliklər boyu Əsəd ailəsinin idarəçiliyindən sonra necə idarə olunması məsələsinə dəstəyinə nail olduğunu bildirib.

Onlar yeni hökumətin azlıqların və qadınların hüquqlarına hörmət etməli, terrorçu qrupların güclənməsinin qarşısını almalı, humanitar yardımın ehtiyacı olanlara çatmasını təmin etməli və Əsəd dövründən qalan kimyəvi silahları məhv etməli olduğu məsələlərində razılıq əldə ediblər. Blinken ABŞ-ın bu prinsiplərə əməl edən yeni hökuməti tanıyacağını və dəstəkləyəcəyini vəd edib.

Bayden administrasiyasının hakimiyyətinin sona çatmağa yaxınlaşdığı bir vaxt yeni seçilmiş prezident Donald Trampın Suriya məsələsində hansı yanaşma seçəcəyi hələ aydın deyil.

Suriyada müvəqqəti hökumətin mart ayına qədər hakimiyyətdə olacağı gözlənilir, lakin onun hansı proses çərçivəsində daimi hökumətlə əvəz ediləcəyi hələ açıqlanmayıb.

“Biz bütün suriyalıları əhatə edən siyasi prosesə başlamalıyıq”, Pedersen deyib . “Aydındır ki, bu proses suriyalıların özləri tərəfindən idarə olunmalıdır”, o əlavə edib.

Pedersen müharibə zamanı törədilmiş cinayətlərə görə “ədalət və məsuliyyətə”, eləcə də beynəlxalq ictimaiyyəti humanitar yardımı artırmağa çağırıb.

Bölmənin digər xəbərləri

18 Dekabr 2024 ABŞ-də içərisində təhlükəli materialların olduğu yük yoxa çıxdı
18 Dekabr 2024 Əsədin “insan qəssabxanası”na girən BMT nümayəndəsi ağladı - FOTO
18 Dekabr 2024 Bakı Hindistan silahları almaq istəyir? – Hind nəşrinin qəribə iddiası və reallıq
17 Dekabr 2024 Əsədin qayınatası və qayınanası İngiltərəni tərk etdi
17 Dekabr 2024 “Narışkin Putinin gözündən düşüb” - Dövlət mükafatı ilə təltif ediləcəkdi, amma...
17 Dekabr 2024 “Silahlılar yaxınlaşan zaman…” – Bəşər Əsəddən ilk açıqlama
17 Dekabr 2024 Paşinyandan SENSASİON AÇIQLAMA: Anna arvadı deyilmiş
16 Dekabr 2024 Medvedyevdən qorxunc anons: - “Başqa qonşu ölkələrə də girə bilərik…”
16 Dekabr 2024 Ukraynada erməni əsilli diversant tutulub.
16 Dekabr 2024 Paşinyan Rusiya qazını AB-nin vizasına dəyişir - senasion gəlişmə
16 Dekabr 2024 Cənubi Koreya hərbi kəşfiyyatının rəhbəri həbs edildi
16 Dekabr 2024 Danimarka suriyalı qaçqınlara vətənlərinə könüllü qayıtmaq üçün PUL VERİR
16 Dekabr 2024 Riçard Qrenell Tramp administrasiyasında irəli çıxır
15 Dekabr 2024 Hasardan aşıb Ağ Evə girmək istədi - Bayden iqamətgahda imiş
15 Dekabr 2024 Tramp məhkəmədə qalib gəldi - 15 milyon təzminat alacaq
15 Dekabr 2024 Tramp ona da yüksək vəzifə verir
15 Dekabr 2024 Putin: Rusiyanın qarşısında duran bütün vəzifələr yerinə yetiriləcək
15 Dekabr 2024 Türkiyədə 53 nəfərin ölümündə günahı olan şəxs saxlanıldı
15 Dekabr 2024 İordaniya XİN: Ümid edirik ki, yeni Suriya beynəlxalq ictimaiyyətə arxalana biləcək şəkildə qurulacaq
14 Dekabr 2024 ABŞ şəhərləri üzərində TƏHLÜKƏ- Naməlum dronlar göründü- Tramp vurulma əmri verdi

Dünyapress TV

Xəbər lenti