“Putin yalnız Trampdan və Çindən qorxur…” –
Prezident Volodimir Zelenski ABŞ seçkilərindən sonra Donald Trampla ilk görüşündən Ukraynanın danışıqlar prosesində təhlükəsizlik zəmanətinə ehtiyacını izah etmək üçün istifadə edib.

Bunu “Reuters” agentliyi öz mənbələrinə istinadla yazıb.

Nəşrin yazdığına görə, dekabrın 7-də Parisdə keçirilən görüşdə üç lider – Tramp, Zelenski və Fransa Prezidenti Emmanuel Makron sülh danışıqlarının konkret təfərrüatlarını müzakirə etməyiblər. Lakin ABŞ-nin yeni seçilmiş Prezidenti dərhal atəşkəsə və müharibəni tez bir zamanda bitirmək üçün danışıqlar vasitəsilə sülhə nail olmaq istədiyini təkrarlayıb.

Mənbələrdən birinin dediyinə görə, 35 dəqiqə davam edən görüşdə Tramp hər iki ölkə başçısına hörmətlə yanaşıb və onları dinləməyə hazır görünüb.

Eyni zamanda, “Reuters” vurğulayır ki, nə Tramp, nə də onun Ukrayna ilə məşğul olan rəsmiləri müharibənin sonunu necə gördüklərinə dair hələlik heç bir dəqiq cavab verməyiblər. Ukraynanın nizamlanmanın tərkib hissəsi kimi təhlükəsizlik zəmanəti alması ilə bağlı təkidinə də cavab yoxdur.

Qeyd olunur ki, bu, Kiyevdə qeyri-müəyyənlik hissi yaradıb. Ukrayna Prezident Ofisindəki mənbənin sözlərinə görə, Parisdəki görüşdə Zelenski vurğulayıb ki, sülh təminat tələb edir və tək atəşkəs kifayət deyil. Çünki Putin əvvəllər etdiyi kimi bunu yenidən poza bilər.

“Reuters”-in həmsöhbətləri Trampın hələ də “bütün təfərrüatları düşündüyünü” bildiriblər.

Trampa yaxın olan bir neçə məmur bildirib ki, o, hazırda görüşlərini öz diplomatiyasının əsas hissəsi olan şəxsi münasibətlərin qurulmasına yönəldir və bundan sonra nə edəcəyinə sonda qərar verəcək.

Trampın Zelenski ilə birbaşa əlaqəsinin ümumən mehriban təbiəti onun seçki kampaniyası zamanı Ukrayna lideri ilə bağlı bəzi tənqidi açıqlamalarından fərqlənir.

Mənbə bildirib ki, Makron və Zelenski Paris görüşündə eyni mövqedə idilər, lakin Trampı küncə sıxışdırırmış kimi görünməmək üçün ehtiyatlı davranıblar. Onlar ABŞ-nin dəstəyi olmadan Kiyev üçün çox çətin olacağını vurğulayıblar.

Ukraynalı mənbələr “Reuters” agentliyinə bildiriblər ki, Zelenski Putinin beynəlxalq səhnədə yeganə qorxusunun Tramp və Çin olduğuna inanır və onun fikrincə, istənilən davamlı sülh Vaşinqtondan “həqiqətən güclü olmağı” tələb edəcək.

Mənbənin dediyinə görə, Makron və Zelenski Trampa izah ediblər ki, 2024-cü ildəki Putin Trampın 2017-ci ildə tanıdığı Putin deyil.

Yazıda o da qeyd olunub ki, Bəşər Əsədin devrilməsi və onun yaxın müttəfiqi Rusiyanın bu uğursuzluğu da gələcək sülh səylərində Moskvaya qarşı daha sərt mövqe tutmaq üçün arqument kimi istifadə ediləcək. /azıpolitika.info

Bölmənin digər xəbərləri

20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!

Dünyapress TV

Xəbər lenti