|
Tiflisdə parlament seçkilərinin nəticələrinə qarşı keçirilən etiraz aksiyasında gərginlik yaşanıb. Parlament binasının yaxınlığında toplaşan nümayişçilər polis qüvvələri ilə qarşıdurmaya giriblər.
Musavat.com xəbər verir ki, etirazçılar müxtəlif qruplar şəklində parlament binasına doğru irəliləməyə cəhd etsələr də, hüquq-mühafizə orqanları onların qarşısını alıb. Buna baxmayaraq, bir neçə avtomobil blokadanı keçərək parlament istiqamətinə hərəkət edib.
Aksiyanın gedişində etirazçılarla polis əməkdaşları arasında əlbəyaxa insidentlər də baş verib.
Xatırladaq ki, Tiflisdə seçki nəticələrinə qarşı narazılıq aksiyası noyabrın 24-də axşam saatlarında başlamışdı. Əvvəlcə Respublika meydanında toplaşan nümayişçilər daha sonra parlament binasına doğru yürüş etmək qərarına gəliblər.
Musavat.com