Ermənistandan Bakıya kimlər gələcək? - Nazirlər, deputatlar...
“Azərbaycan Ermənistana Bakıda keçiriləcək COP29 tədbiri ilə əlaqədar dəvət göndərib”.

Bunu TNS-ə siyasi şərhçi, “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib.

Siyasi şərhçinin fikrincə, Ermənistan bu tədbirdə iştirak edəcək: “Çünki Ermənistan COP29-un Azərbaycanda keçirilməsini dəstəkləmişdi. Əgər Ermənistan dəstək veribsə, deməli, COP29-da iştirakı gözləniləndir. Onların iştirakı iki dövlət üçün xoşməramlı, sülhsevər addım olar”.

Sədrəddin Soltan bildirib ki, Ermənistan tədbirə qatılmasa, onların bu günə qədər Azərbaycanla münasibətlərin normallaşmasında, sülh sazişinin imzalanmasında maraqlı olduqlarına dair bəyanatları şübhə doğurar.

Politoloq, vəkil Yalçın Hacızadə isə TNS-ə deyib ki, COP29-a ev sahibliyi BMT-nin 5 regional qrupu arasında rotasiya qaydasında təyin olunur: “Hər regional qrup tədbirin keçirəcəyi ölkəni müəyyənləşdirir. Ermənistan və Bolqarıstan da bu tədbirə ev sahibliyi etmək istəyini bildirmişdi. Azərbaycan höküməti ilə Ermənistan höküməti arasında imzalanmış birgə bəyanata əsasən, Ermənistan ölkəmizin xeyrinə öz namizədliyini geri çəkdi. Azərbaycan və Ermənistan arasında yaranmış bu ikili münasibət güman etməyə əsas verirdi ki, COP29 tədbirinə qədər sülh üzrə çərçivə sazişi imzalanacaq. Amma təəssüf ki, Ermənistan sülhpozucu qüvvələrin təsirinə düşərək, COP29-la bağlı ölkəmizə qarşı qarayaxma kampaniyasına qoşuldu. Eyni zamanda, iştirakla bağlı əlavə şərtlər irəli sürdü. Halbuki, özünü sülhdə maraqlı olan tərəf kimi göstərən Ermənistan bizim səmimi təklifimizi qəbul edərək, tədbirdə şərtsiz, həm də yüksək səviyyədə təmsil olunmalı idi. Həmçinin, Ermənistan da Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına qoşulub. Bütün bunlara baxmayaraq, hələ də iştirakla bağlı rəsmi cavab verməyib”.

Y. Hacızadə vurğulayıb ki, Ermənistan torpaqlarımızı 30 ilə yaxın müddətdə işğalda saxlayıb, flora və faunaya, təbiətə böyük zərərlər vurub: “Ermənistanın Konvensiyanı imzalamaqla öz üzərinə götürdüyü öhdəlikləri xatırlaması baxımından bu tədbirdə iştirakı məqbul olardı. İştirak etməməsi də bizim üçün böyük itki deyil. Hazırda bu məsələ Ermənistanda siyasiləşib. Bəziləri Ermənistanın iştiakını ölkəmizdə cinayət məsuliyyətinə cəlb edilmək üçün saxlanılan, Azərbaycana qarşı xüsusi ilə ağır cinayət törətməkdə ittiham edilən erməni əsilli şəxslərin azad edilməsi ilə şərtləndirirlər. Əlbəttə, bu, qəbul ediləcək şərt deyil. Güman ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə daxilində özünə qarşı etirazların artmaması üçün tədbirə qatılmayacaq. COP29 tədbiri geniş və müxtəlif platformalardan ibarət olacaq. Orada müxtəlif sahələr üzrə müzakirələr aparılacaq. Ona görə də hesab edirəm ki, Ermənistanın xarici işlər naziri, müxtəlif qrumların və parlamentin nümayəndələri tədbirdə iştirak edə bilər”.
 

Bölmənin digər xəbərləri

03 Dekabr 2024 Ərdoğanın qızı bu fotonu paylaşdı, Saakyan özündən çıxdı
03 Dekabr 2024 Ermənilər sərhədimizdə yeraltı tunel sistemləri qurur - FOTO
03 Dekabr 2024 Tbilisidə yenidən etiraz aksiyaları başlayıb
03 Dekabr 2024 Rusiya-Türkiyə müharibəsi başlayır: Qərbdən ŞOK İDDİA
03 Dekabr 2024 400 min dollar dəyərində 5 dollarlıq “səhv” əskinas
02 Dekabr 2024 Gürcüstan parlamentinin 48 otağına ziyan dəyib, yeməkxanası tamamilə dağıdılıb
02 Dekabr 2024 Suriyada PKK-nın qərargahı ƏLƏ KEÇİRİLDİ - ŞOK GÖRÜNTÜLƏR
02 Dekabr 2024 Gürcüstan daha da qarışdı - DİN xüsusi açıqlama yaydı
02 Dekabr 2024 Kvaratsxeliyadan Gürcüstanda baş verənlərə - Reaksiya
02 Dekabr 2024 Arvadından Paşinyana "təhdid": “Bunu etsən, məni sağ görməyəcəksən” – VİDEO
02 Dekabr 2024 Yaponiyada Baş nazirin avtomobili polis maşını ilə toqquşub - VİDEO
30 Noyabr 2024 Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB!
30 Noyabr 2024 SOCAR-da əməkdaşlarına “13-cü maaş” veriləcək - Rövşən Nəcəf əmr imzalayıb
30 Noyabr 2024 Laricani uzaqlaşdırıldı – İranda nə baş verir?
30 Noyabr 2024 Qiyam?! Gürcüstanda XİN əməkdaşları hökumətə qarşı çıxdılar: "Konstitusiya pozulub"
30 Noyabr 2024 Gürcüstanda son durum: Müdafiə Nazirliyi müxalifəti dəstəklədi
29 Noyabr 2024 Lukaşenko: Qərb bütün gücünü yalan problemlərlə mübarizəyə sərf edir
29 Noyabr 2024 "ABŞ və Çin arasında münasibətlərdə status-kvo əldə olunub" - Bayden
29 Noyabr 2024 Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
28 Noyabr 2024 Üç ölkənin ANLAŞMASI: Bu baş verərsə...

Dünyapress TV

Xəbər lenti