İspaniya hökuməti daşqınlardan zərər çəkənlərə dəstək üçün 10,6 milyard avro məbləğində yardım paketi ayırıb.
Bu barədə ölkənin Baş nazir Pedro Sançes bildirib.
Onun sözlərinə görə, bu paket, xüsusilə şərqi Valensiyada dağıntılardan təsirlənən ev təsərrüfatları, kiçik və orta müəssisələr, fərdi sahibkarlar və yerli idarələr üçün nəzərdə tutulmuş təcili bərpa planını əhatə edir.
Yardım çərçivəsində nəqliyyat vasitələrini itirənlərə kompensasiya, evlərin təmiri üçün isə 60 min avroya qədər dəstək veriləcək. Daşqın bölgəsində 15 min hüquq-mühafizə əməkdaşı və hərbi personal cəlb olunub, itkin düşənlərin axtarışı davam edir.