Bu ilin ilk 8 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 517 mənzil satın alıblar.
Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar ötən ay – avqust ayında Türkiyədən 90 mənzil alıblar. Müqayisə üçün bildirək ki, ötən ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədən 75 mənzil satın alıblar.
Qeyd edək ki, son ildə 10 ildə Azərbaycan vətəndaşları Türkiyədən ümumilkdə 10 min 283 mənzil alıblar:
2015-ci il – 815 mənzil; 2016-cı il – 610 mənzil; 2017-ci il – 942 mənzil; 2018-ci il – 1 250 mənzil; 2019-cu il – 1 191 mənzil; 2020-ci il – 1 279 mənzil; 2021-ci il – 1 517 mənzil; 2022-ci il –1 330 mənzil; 2023-ci il – 832 mənzil; 2024-cü ilin yanvar-avqust ayları – 517.
Onu da bildirək ki, bu ilin ilk 8 ayı ərzində Türkiyədən ən çox Rusiya (3 289 mənzil), İran (1 392 mənzil), Ukrayna (1 057 mənzil), Almaniya (802 mənzil), İraq (748 mənzil) və Qazaxıstan (692 mənzil) vətəndaşları ev alıb. Ötən illə müqayisədə Türkiyədən ev alan Rusiya vətəndaşlarının sayı kəskin azalıb. Müqayisə üçün bildirək ki, ötən ilin ilk 8 ayı ərzində Rusiya vətəndaşları Türkiyədən 7 min 961 mənzil alıb. Ötən ilin avqust ayında ruslar Türkiyədən 733 mənzil aldıqları halda bu ilin iyun ayında 381 mənzil alıblar.