APA-nın Tbilisi bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Gürcüstanın Rusiya Federasiyası ilə sərhədindəki buraxılış məntəqəsi yol təmiri işləri ilə əlaqədar sentyabrın 18-dən oktyabrın 2-dək Moskva vaxtı ilə saat 05:00-dan 08:00-a qədər bağlı olacaq.