Rusiya Ukraynanın hücumlarının davam etdiyi Kurskda federal fövqəladə vəziyyət elan edib Rusiya Fövqəladə Hallar Nazirliyi cümə günü Kiyevin müharibə başlayandan bəri Rusiya ərazisinə ən böyük hücumu sayılan Kursk hücumlarından dörd gün sonra federal səviyyədə fövqəladə vəziyyət elan edib.
İndex.az xəbər verir ki, Kremldən çərşənbə axşamı verilən açıqlamada 300-ə yaxın Ukrayna əsgərinin sərhədi keçərək Rusiya ərazisində döyüşlərə başladığı iddia edilib.
Ukrayna rəsmiləri Moskvadan təxminən 500 kilometr cənub-qərbdə baş verən hücumla bağlı şərh verməkdən imtina ediblər.
Lakin Ukrayna prezidenti Vladimir Zelenskinin baş müşaviri Myhailo Podolyak cümə axşamı bildirib ki, sərhəd bölgəsindəki hücumlar Rusiyanın müharibənin yavaş-yavaş Rusiya ərazisinə keçdiyini anlamağa səbəb olacaq.