Avqustun 2-də Şərqi Azərbaycanın Kəleybər şəhərindəki Babək qalasında həbs edilən 6 milli fəal bir gün sonra sərbəst buraxılıb.
HRA xəbər agentliyinin məlumatına görə, Əli və Mehdi Lisani, Meysəm Colani, Rza Vasiqi, Behzad Dəşti və Pejman Səlimi Babək qalasında olduqları zaman İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Bu fəallar Kəleybər polis qüvvələrinin kəşfiyyat və təhlükəsizlik bölməsinin təcridxanasında bir gün dindirildikdən sonra avqustun 3-də sərbəst buraxılıblar.
Onların həbsi ilə bağlı səbəblər və onlara qarşı irəli sürülən ittihamlar barədə hələ ki, məlumat yoxdur.
Milli fəalların həbs olunduğu zaman onlardan alınmış şəxsi əşyalar, o cümlədən cib telefonları, hələ də onlara qaytarılmayıb.
Rza Vasiqi, Meysəm Colani və Abbas Lisaninin övladları olan Mehdi və Əli Lisani bundan əvvəl də dinc fəaliyyətlərinə görə həbs edildiyi bildirilir.