BMT İsraili “qara siyahı”ya daxil edib
“İsrailin HƏMAS-la müharibəsi nəticəsində Qəzza bölgəsində 13 min uşaq həlak olub…”
“BMT HƏMAS qatillərinə qoşulmaqla özünü tarixin “qara siyahı”sına salıb…”
Birləşmiş Millətlər Təşkilatı İsrail səfiri Qilad Erdanı yəhudi dövlətinin münaqişə zonalarında uşaqlara zərər verən ölkə və təşkilatların “qara siyahı”sına daxil edilməsi barədə məlumatlandırıb. Moderator.az xəbər verir ki, bu barədə “rbc.ru” nəşri məlumat yayıb. Bu siyahıda Əfqanıstan, Kolumbiya, Konqo, İran, Mali, Myanma, Somali, Sudan, Yəmən, Suriya, Rusiya, habelə İŞİD və “Əl-Qaidə” təşkilatları da var. İsrail Milli Təhlükəsizlik Şurası BMT-nin bəyanatına cavab olaraq mümkün tədbirləri müzakirə edib.
YUNİSEF-in 2024-cü ilin mart ayına olan məlumatına görə, İsrailin HƏMAS-la müharibəsi nəticəsində Qəzza bölgəsi ərazisində 13 min uşaq həlak olub. On il öncə hüquq müdafiəçiləri 2014-cü ildə döyüş əməliyyatları nəticəsində Qəzza bölgəsində yüzlərlə uşağın həlak olması səbəbindən İsraili pozucular siyahısına salmağı təkid edib. “Qara siyahı” iki hissəyə bölünüb. Bunlar uşaqların müdafiəsi üçün tədbirlər görən və belə tədbirləri görməyən təşkilat və ya partiyalardır. 2023-cü ilin yayında BMT Ukrayna ərazisində döyüş əməliyyatları fonunda Rusiya ordusunu da bu siyahıya salıb. İsrailin BMT-dəki daimi nümayəndəsi bu addıma kəskin münasibət bildirib.
“Bu gün “qara siyahı”ya düşən terrorizmi şirnikləndirən və qərarları ilə İsrailə nifrət oyadan baş katibdir. İsrail Müdafiə Ordusu dünyünın ən yüksək mənəviyyatlı ordusudur. Terrorçuların sağ qalmasına ümid verən, onları öz məqsədləri üçün uşaqlardan istifadə etməyə və müharibəni uzatmağa sövq edən baş katibə ayıb olsun”, – Qilad Erdan bəyan edib. Oxşar bəyanatla baş nazir Binyamin Netanyahu çıxış edib. “Bu gün BMT HƏMAS qatillərinə qoşulmaqla özünü tarixin “qara siyahı”sına salıb. İsrail Müdafiə Ordusu dünyanın ən mənəviyyatlı ordusudur və BMT-nin heç bir xəyali qətnaməsi bunu dəyişməyəcək”, – baş nazir bəyan edib.
Bu siyahıya düşmək İsrailin nüfuzuna zərbə vurur. Növbəti mərhələdə BMT xüsusi nümayəndəsinin məruzəsi hazırlanacaq və Təhlükəsizlik Şurasında baxılacaq. Ən pis halda Quterrişin qərarının ardınca İsrailə silah tədarükünə embarqo qoyula bilər, Təhlükəsizlik Şurası bu tədbirə səs verə bilər, bu isə son dərəcə az ehtimal edilir. Bu il aprelin sonunda Quterriş HƏMAS-ı münaqişələr zonalarında seksual zorakılıq törədən təşkilatların “qara siyahı”sına salmaqdan boyun qaçırıb. Bu, BMT-nin silahlı münaqişələrdə seksual zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsini daşıyan BMT baş katibinin müavini Pramila Patten tərəfindən hazırlanan məruzəyə rəğmən baş verib.
O, HƏMAS yaraqlıları tərəfindən “hərbi vasitə” kimi cinsi cinayətlər tətbiq edilməsinin yüzlərlə sübutlarını toplayıb.
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Qərb ŞOKDA! Putin GERİ ÇƏKİLDİ – ilk dəfə BU ADDIMI ATDI – müharibə BİTİR
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO
22 Aprel 2025 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu - Yaralanan var - VİDEO
22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE

Dünyapress TV

Xəbər lenti