Ermənistan Baş naziri bu gün - mayın 7-si səhər tezdən vətəndaşlarla birlikdə İrəvan küçələri ilə velosiped sürüb.
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb.
“Saat 06:00-dan 06:40-a kimi İrəvan küçələri ilə ilk velosiped yürüşümüz baş tutdu. Velosiped azadlıqdır, velosiped komanda işidir, velosiped uçuşdur. Yaşasın velosiped!”, - Nikol Paşinyan "İnstaqram" səhifəsində belə yazıb.
Xatırladılır ki, Nikol Paşinyan iyunun 5-də "Facebook" səhifəsində iyunun 2-də - Beynəlxalq Velosiped Günündə səhər saatlarında velosiped sürərkən çəkilmiş videonu paylaşaraq qeyd edib ki, səhər tezdən velosiped sürmək istəyənləri onunla birlikdə, lakin müəyyən şərtlərlə dəvət edir. Digər mənbələr onu da qeyd edir ki, həmin gün hökumət başçısının dəqiq harada və hansı müşayiətlə velosiped sürməsi ilə bağlı heç bir məlumat verilməyib.
P.S. Göründüyü kimi, bu dəfəki velosiped yürüşündə Paşinyan tək deyil, onlarla Ermənistan vətəndaşıyla birgədir. Onun keşiş Baqratın mitinqlərdə dəridən-qabıqdan çıxdığı bir vaxtda belə kefindən, əyləncəsindən qalmaması bir daha Ermənistanın hazırkı qərbyönlü hakimiyyətinin Moskvadab birbaşa və ya dolayısıyla gələn təhdidlərə rəğməb arxayın olmasını göstərir...