Fransanın baş naziri Qabriel Attal Rusiyanı digər dövlətlərin daxili işlərinə qarışmamaq barədə sərt xəbərdarlıq edib.
Attal bildirib ki, Rusiyanın müdaxiləsi ictimai rəyi manipulyasiya etməyə çalışan bir zəhərdi.
“Rusiya Fransanın təhlükəsizliyini yeni, hibrid formada təhdid edir”, – deyə Fransa baş naziri qeyd edib.
Rusiyanın müdaxiləsinə misal olaraq, Attal Eyfel qülləsinin altında üzərində Fransa bayrağı və “Ukraynanın fransız əsgərləri” yazısı olan tabutların qoyulması ilə bağlı son hadisəni nümunə çəkib.
O bildirib ki, bu cür hərəkətlər yeni dünya müharibəsinə yol aça bilər.