"Rusiya öz ərazisindəki raket və bomba hücumlarına adekvat cavab vermək üçün dost ölkələrin ərazilərindən istifadə edə bilər".
Bizimxeber.az bildirir ki, bunu Dövlət Dumasının deputatı Leonid Slutski deyib.
“Bizim səbrimiz əlbəttə ki, böyükdür. Amma qeyri-məhdud deyil”, - deyə o bildirib.
Qeyd edək ki, iyunun 5-də Rusiya prezidenti Vladimir Putin xatırladıb ki, Ukrayna ordusu texnoloji cəhətdən təkbaşına Amerika ATACMS raketlərindən istifadə etmək iqtidarında deyil, bunun üçün peyk kəşfiyyatı lazımdır.