FETO "LİDERİ" İLƏ BAĞLI ŞOK İDDİALAR –
Uzun illərdir ABŞ-nin Pensilvaniya ştatındakı dəbdəbəli iqamətgahında yaşayan FETO terror təşkilatınn rəhbəri Fətullah Gülənin qaçırıldığı bildirilir.

“AzPolitika” xəbər verir ki, bu barədə bir neçə gün öncə onun qardaşı oğlu Ebuseleme Gülən məlumat yaymışdı. O, F. Gülənin FETO terror təşkilatının rəhbər heyətinə daxil olan şəxslər tərəfindən qaçırıldığını iddia etmişdi.

Qeyd edək ki, “Hürriyət” qəzetinin Ankara təmsilçisi Hande Fırat “CNN Türk”-ün canlı yayımında Pensilvaniyada yaşananların təfərrüatları ilə bağlı maraqlı açqılamalar verib.

H. Fırat son vaxtlar terrorçubaşı Fətullah Gülənin səhhətinin pisləşdiyini, terror təşkilatı daxilində xaotik bir vəziyyətin yarandığını bildirib: “F. Gülənin şəkər xəstəsi olması artıq hər kəsə məlumdur. Yaşı ilə əlaqədar onun səhhətində ciddi problemlər yaranıb. Maraqlıdır, indi niyə birdən–birə belə bir müzakirə başladı? Çünki terror təşkilatının “xidməti təyinatlar”ı deyilən təyinatlar iyun ayında həyata keçirilir. İyundakı təyinatlar və Fətullah Gülənin səhhətinin pis olması səbəbindən terror təşkilatı daxilində qarışıq bir vəziyyət hökm sürür. Çünki bu təyinatlar bir qayda olaraq Gülənin qərarı ilə, icra və məşvərət komitəsinin və ya imamlarının tövsiyəsi ilə həyata keçirilirdi”.

H. Fırat daha sonra terror təşkilatındakı xaotik vəziyyəti ortaya qoyan, gündəmi sarsıdacaq bir məktubdan bəhs edib: “Otaya çıxan bir məktub var. Burada terror təşkilatı daxilində yuxarı vəzifələrdə olan şəxslər arasında gedən qarşıdurmaların təfərrüatları yer alıb. Məktubun müəllifi 2023-cü ildə terror təşkilatının rəhbər heyətinin icra komitəsinin yenilənməsini xatırladır və Mustafa Özcan, Mustafa Yeşil kimi terrorbaşına yaxın adların istefa verməyə məcbur edildiklərini diqqətə çatdırır. Məktubda o da bildirilir ki, icraiyyə komitəsinin dəyişməsi ilə qurumda hakimiyyət və maliyyə məsələrinə nəzarət əldən-ələ ötürülüb. İndi bu niyə vacibdir? Çünki bu tip dəyişikliklər terror təşkilatı daxilində bölünməni artırır”.

“FETO üzvləri - İsmayıl Büyükçelebi, Naci Tosun və Barbaros Kocakurt kimi keçmiş “böyük abilər” adlandırılan qrup “sakitləşdirilib”. Bu məktuba görə, FETO-da icra komitəsinin üzvləri - İsmayıl Aksoy və Adem Kalaç kimi adların dövrü başlayıb. Terror təşkilatı daxilində gücünü itirən adlardan biri də Mustafa Özcandır. Mustafa Özcanın daha əvvəl Pensilvaniyadakı qərargahda qalmasına icazə verilmədiyi, sonrada yalnız bəzi günlərdə qərargahı ziyarət etməsinə icazə verildiyi bildirilir. Xatırlayırsınızsa, M. Özcan daha əvvəl üzərinə dinləmə cihazı yerləşdirməkdə ittiham olunmuşdu. İndi yenidən hakimiyyəti ələ keçirmək istəyən Mustafa Özcan buna görə də içəridəki qruplardan birinə başçılıq edir. Köhnə dostu isə Cevdet Türkyoludur. Onların hər ikisinin terror təşkilatı daxilində bir hərəkət etdiləri bildirilir.

Özcan və Türkyolu Fətullah Güləni indiki qərargahına cadu edildiyinə inandıraraq, onu ünvan dəyişikliyinə getməyə razı sala biliblər. Onlar Gülənin buradan ayrılacağı təqdirdə səhhətindəki problemlərin yaxşılaşacağını bildiriblər. Həmin məktuba görə, Fətullah Gülən 2024-cü ilin aprelində böyük bir ərazidə satın aldığı yeni evə köçüb. Terror təşkilatının "lideri" yalnız Cevdet Türkyolunun icazə verdiyi məhdud sayda adamlarla görüşür”,- deyə o bildirib.

“AzPolitika.info”
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Qərb ŞOKDA! Putin GERİ ÇƏKİLDİ – ilk dəfə BU ADDIMI ATDI – müharibə BİTİR
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO
22 Aprel 2025 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu - Yaralanan var - VİDEO
22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE

Dünyapress TV

Xəbər lenti