Slovakiyanın Baş naziri Robert Fitso mayın 27-də təkrar tibbi müayinədən keçəcək.
Bu barədə onun müalicə aldığı xəstəxananın rəsmi “Facebook” hesabında bildirilib.
“Baş nazirin sağlamlığı tibbi şuranın proqnozlarına uyğundur. Nəzarət müayinələri sabah da davam etdiriləcək”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Fitsoya sui-qəsd cəhdi mayın 15-də baş verib. Baş nazir kabinet iclasından sonra küçədə tərəfdarları ilə danışıb. 71 yaşlı yazıçı Yuray Cintula tapança ilə siyasətçiyə 5 dəfə atəş açıb və saxlanılıb. Sinə, bud və mədəsindən yaralanan baş nazir helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb.