Ukrayna lideri Vladimir Zelenski Rusiyanı məğlub etməsələr, NATO-ya üzv ola bilməyəcəklərini deyib.
İndex.az xəbər verir ki, çərşənbə axşamı paytaxt Kiyevdə Zelenski açıqlamada verib.
Ukrayna lideri ölkəsinin NATO-ya qəbul olunmaq üçün 32 üzvdən razılıq alması lazım olduğunu xatırladıb və müharibənin davam etdiyi bir vaxtda bəzi ölkələrin Ukraynanın NATO-ya üzv olmasını riskli hesab etdiyini bildirib.
“Mən yalnız müharibədə qalib gələ bilsək NATO-ya daxil olacağımıza inanıram. Müharibə davam edərkən ittifaqa qəbul ediləcəyimizi düşünmürəm”.