Ermənistan Baş naziri Nikol Paşinyanın qondarma soyqırımı abidəsinə ziyarəti canlı yayımla işıqlandırılmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Bir müddət əvvəl baş nazirin dəftərxanası açıqlamışdı ki, “erməni soyqırımı”nın 109-cu ildönümü ilə əlaqədar Ermənistan rəhbərliyi tərəfindən anma mərasimi təntənəli olacaq, “İctimai” TV canlı yayımlayacaq.
Ermənistan Baş Naziri Aparatı tədbiri işıqlandırmaq üçün yalnız fotoqrafları akkreditasiya edəcək. “Tsitsernakaberd” memorialına media nümayəndələrinin girişi saat 09:30-dan açıq olacaq.
Yəni jurnalistlərin nə Paşinyan, nə də hansısa digər yüksək vəzifəli məmura yaxınlaşıb sual vermək imkanı olacaq”, - məlumatda deyilir.
Nikol Paşinyan qondarma olayla bağlı son çıxışında “soyqırımı” yerinə “böyük fəlakət” ifadəsinə yer vermişdi. Onun bu davranışı ölkəsində qızğın müzakirələrə səbəb olub.