Norveçin 87 yaşlı kralı V Harald xəstəlikdən sonra işə qayıdıb.
Redaktor.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Fevral ayında dünyanın ən yaşlı monarxı hesab edilən Harald Malayziyaya səfəri zamanı xəstəxanaya yerləşdirilmişdi. İlkin olaraq xəstəxanaya yerləşdirilməsinə səbəb kimi bir növ infeksiya olduğu bildirilib. Bundan sonra padşah təxminən iki aya yaxın ictimaiyyət qarşısına çıxmayıb.
Harald bildirib ki, yaşına və səhhətinə baxmayaraq, taxt-tacdan əl çəkməyi və təqaüdə çıxmağı planlaşdırmır. O, bunu ömrünün sonunadək padşahlıq edəcəyinə and içməsi ilə izah edib.