700-dən artıq şagirdi məktəbdə yandıran general –
Ukrayna İkinci dünya müharibəsində ən çox dağıntılara məruz qalan və canlı itki verən ərazilərdən biri olub. Çerniqov vilayətində isə faşistlər əhaliyə qarşı daha amansız rəftar ediblər. 1941-ci ilin sentyabr ayından 1943-cü ilin sentyabr ayına qədər alman və macar qoşunlarının işğalı altında qalan vilayətdə faşist qoşunları 103 min 600 nəfər dinc əhalini və 25 minə yaxın hərbi əsiri vəhşicəsinə qətlə yetiriblər. Şəhər, qəsəbə və kəndlər qarət edilib. Nisbətən cavan olan şəxslər qul kimi işlədilmək üçün Almaniyaya göndərilib.

Bu amansız qətliamla bağlı müharibədən sonra, 1947-ci ilin 17-25 noyabr tarixlərində Çerniqovda məhkəmə prosesi keçirilib. Məhkəmənin müttəhimlər kürsüsündə 13 nəfər yüksək rütbəli macar hərbçisi və 3 nəfər yüksək vəzifəli alman zabiti əyləşib. Məhkəmə prosesində ittiham olunanların cinayət əməlləri tam sübuta yetirilib. Proses zamanı o da aydın olub ki, bu şəxslər təkcə Ukrayna ərazisində deyil, həmçinin Belarusiya və Rusiya ərazilərində də bir çox hərbi cinayətlərə başçılıq ediblər.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1713709037_2.jpg
Müttəhimlər kürsüsündə əyləşən əsas simalardan biri Macarıstan generalı Zoltan Pap prosesdəki ifadələri ilə özünü müdafiə etməyə çalışmayıb, “biz Hitlerin başkəsən dəstəsi idik” deyə törətdiyi cinayətləri bütün təfərrüatları ilə danışıb:

“Əvvəlcə onu qeyd etmək istəyirəm ki, mən müharibə zamanı öz vəzifəmi yerinə yetirmişəm. Bununla bağlı mənə rəsmi sənəd də təqdim olunmuşdu. Macarıstan silahlı qüvvələrinin baş qərargahı tərəfindən mənə, 105-ci diviziyanın komandiri kimi 10 saylı direktiv göndərilmişdi. Həmin direktivdə alman və macar qoşunlarının ərazidə maneəsiz və rahat dislokasiya olunması üçün istənilən yolla, istənilən vasitə ilə yerli əhalinin, o cümlədən partizan dəstələrinin, girov və əsirlərin məhv edilməsi tapşırığı verilmişdi. Mən bir general kimi əmri müzakirəsiz yerinə yetirməli idim. Vaxta və silah sursata qənaət etmək üçün mən ən optimal variantı seçdim. Yerli sakinləri, əsirləri, girovları taxta evlərə doldurub yandırdım, xəndəklər qazdırıb onları diri-diri basdırdım...”

Məhkəmədə sübuta yetirilib ki, təkcə 1943-cü il 1-2 mart tarixlərində, iki gün ərzində Çerniqov vilayətinin Kryukov qəsəbəsində və ona bitişik olan kəndlərdə 6700 nəfər dinc əhali, o cümlədən uşaq, qadın, qoca və 1290 fərdi ev yandırılıb. Bu faktı prosesdə iştirak edən şahidlər də təsdiq ediblər.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1713709037_3.jpg
Daha bir qəsəbədə, Alekseyevkada 24 fevral 1943-cü ildə 700-dən artıq məktəb yaşlı uşaqlar və 200-dən artıq yaşlı qadınlar köhnə məktəb binasına doldurularaq yandırılıb, vəhşicəsinə qətlə yetiriliblər. Qəsəbədə yaşayanların mal-qarası, ərzaq ehtiyatları, geyimləri, ev əşyaları əllərindən alınaraq alman və macar qoşunlarının istifadəsinə verilib.

Məhkəmə 25 noyabr 1947-ci ildə müttəhimlər kürsüsündə əyləşən 16 nəfər macar və alman cəlladlarına hökm oxuyub. Onların hamısı ən ağır cəzaya, 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Həmin dövrdə ölüm hökmü ləğv olunduğundan bu cəza ən ağır cəza sayılıb.

Son söz demək hüququndan istifadə edən Zoltan Pap məhkəməni “mərhəmətli” olmaqda ittiham edib:

“Məhkəmənin mənə qarşı qaldırdığı bütün ittihamları, çoxsaylı şahidlərin ifadələrindəki haqqımda səslənən fikirləri qəbul edirəm. Ancaq söylədiklərinizdə kiçik bir düzəlişə ehtiyac var. Məhv etdiyim dinc əhalinin və sovet hərbçilərinin sayını az göstərmisiniz. Bu rəqəm daha böyükdür. Yəqin ki, rəqəmləri azaltmağınız mərhəmətinizdən irəli gəlir ki, mənim cinayət əməlimi bir az yumşaldasınız. Buna ehtiyac duymuram. Ümumiyyətlə mən kommunistlərdən nəyi isə xahiş etməyi bir general kimi özümə şərəfsizlik sayıram. Buna görə də sizdən əfv xahiş etməyəcəyəm, apelyasiya şikayəti də verməyəcəm. Hansı cəzaya layiqəmsə, artıqlaması ilə qəbul edirəm, hökmümü verin...”
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1713709037_4.jpg
Cəllad faşistlər cəzalarını Vorkuta düşərgəsində çəkiblər. 1955-ci ildə Almaniya və SSRİ arasında qarşılıqlı razılaşma əldə olunduqdan sonra onlar azadlığa buraxılıb.

General-leytenant Zoltan Pap cəzadan azad olunduqdan sonra Macarıstana qayıtmayıb. O, Hindistana mühacirət edib, keşiş kimi fəaliyyət göstərib, xeyriyyəçiliklə məşğul olub. Amma bu geçikmiş xeyriyyəçiliklə Zoltan Pap öz günahlarını yuya bilməyib. Ömrünün son illərində onun gözləri tutulub. Dünya işığına həsrət qalan faşist generalın ömrünün sonu böyük əzablar içində keçib və o, 1987-ci ildə ölüb.

İlham Cəmiloğlu, Musavat.com
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı

Dünyapress TV

Xəbər lenti