Fransa Azərbaycandakı səfirini geri çağırıb."Report" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.“Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib”, - məlumatda vurğulanır.Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomatı qəbul etdiyi bildirilir.