İranın PUA və raketlərlə İsrailə hücumu 11 sentyabr 2001-ci ildə Dünya Ticarət Mərkəzinə hücumdan sonra aviasiya tarixində ən böyük böhrana səbəb olub.
İndex.az xəbər verir ki, İranın İsrailə raket və pilotsuz uçuş aparatının (PUA) hücumları Avropa və Asiya arasında uçan təyyarələrin seçim imkanlarını daha da daraldıb və uçuşlarda fasilələrə səbəb olub.
Son iki gündə “Türk Hava Yolları”, “Pegasus”, “Ajet”, “Qantas”, “Lufthansa”, “United Airlines” və “Air India” kimi onlaral aviaşirkət reyslərini ləğv etmək və ya marşrutunu dəyişmək məcburiyyətində qalıb.
Hava məkanına və hava limanlarına nəzarət edən OPSGROUP-un təsisçisi Mark Zinin sözlərinə görə, İranın İsrailə hücumu 2001-ci il sentyabrın 11-də Dünya Ticarət Mərkəzinə hücumdan sonra aviasiya sahəsində ən böyük böhran olub.
Mark Zi açıqlamasında, fasilələrin bir neçə gün daha davam edə biləcəyini ifadə edib.