Rusiyalı reper, iş adamı Timati "Krokus Siti"dəki terror aktından sonra videomüraciət yayıb. Bakupost.az Mash-a istinadən xəbər verir ki, o, Rusiyada ifrat sağçı birləşmələrin Tacikistan sakinlərinə münasibətdə millətlərarası münasibətləri qızışdırırlar. "Mən bunu qəbuledilməz hesab edirəm. Bu, heç bir şəkildə düzgün deyil. Hörmətli ictimai rəy formalaşdıranlar, başınızı işə salın. Bu, kimə lazım ola bilərdi? <...> Ölkədəki vəziyyəti gərginləşdirmək üçün bu cinayətləri sifariş edənlərə fürsət verməyin!" - deyə Timati çağırış edib.