Bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin yeni konstitusiyaya ehtiyac olduğunu açıqlayıb.
O deyib ki, Ermənistan Müstəqillik Bəyannaməsi sülhə maneədir.
Qeyd edək ki, Paşinyan Azərbaycan tərəfinin tələbi ilə yeni konstitusiya qəbul etmək istəyir. Rəsmi Bakı bir neçə dəfə Ermənistandan konstitusiyada olan Azərbaycana qarşı olan iddiaları çıxarmağı tələb edib.
Modern.az-ın məlumatına görə, erməni mediası konstitusiya dəyişikliyi ilə bağlı daha bir məlumat əldə edib.
"Hraparak" qəzetinin yazdığına görə, Paşinyan hakimiyyəti konstitusiyaya tərəfsizlik müddəasını əlavə etmək niyyətindədir. Bu müddəaya görə, Ermənistan ərəzisində xarici ölkələrin silahlı qüvvələrinin daimi əsaslarla yerləşdirilməsi qadağan edilir.
Nəşr yazır ki, sözügedən müddəa Rusiya bazalarına və sərhəd qoşunlarına qarşı yönəlib.
Qeyd edək ki, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi hərbi blokun üzvüdür. Tərəfsizlik müddəası əlavə ediləcəyi təqdirdə İrəvan KTMT-ni də tərk etmək məcburiyyətində qalacaq.