Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Serj Sərkisyan Azərbaycanla növbəti müharibə ehtimalından danışıb.
TEREF Teleqraf.com-a istinadla xəbər verir ki, o, ölkəsinin Azərbaycanla müharibə aparacaq ordusunun olmadığını etiraf edib.
“Ən azı tərəflər arasında müəyyən dərəcədə uzunmüddətli hərbi əməliyyatların olduğu qarşıdurma gedir. Dəqiq məlumatım olmadığına görə ordumuzun imkanlarından danışmaq mənim üçün çətindir, amma belə bir iradənin olmadığı göz qabağındadır və ordumuz getdikcə daha da yoxsullaşmağa məcburdur”, - Sərkisyan deyib.
Eks-prezident erməni ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumunun da döyüşə girməyə imkan vermədiyinə diqqət çəkib.
Sərkisyan Azərbaycanın geri çəkilməyəcəyini də vurğulayıb:
“Bəlkə də möcüzə gözləyirlər ki, Azərbaycan öz tələblərindən geri çəkiləcək. Belə bir şey olmayacaq, çünki təslim olmaq sadəcə təslim olanın iradəsini öldürür”.