Almatıda 700 mindən artıq insan yaşamamalıdır – Zəlzələni 6 ay öncədən deyən ekoloq
“Qazaxıstanda, Almatıda 12 bal gücündə zəlzələ ola bilər. Bu realdır. Çünki əvvəllər olub. 100 ildən bir belə zəlzələlər olur. Bu qardaşlıq məzarlığı çatlayacaq”.
Bakupost.az xəbər verir ki, bu barədə qazax ekoloq, ictimai xadim Mels Eleusizov hələ aylar öncə müsahibələrində bildirsə də, rəsmilər bunu ciddiyə almamışdı:
“Sovet vaxtı SSRİ Elmlər Akademiyasının təlimatına görə, Alma-Atanın əhali sayı 700 min təyin olunub. Maksimum 800 min ola bilər. Bu şəhərin su, torpaq, təbii resursu və ərazisinə görə hesablanıb.
İndi isə 3 milyon insandır. Axmaq siyasət nəticəsində əhalinin çoxunu kəndlərdən, əyalətlərdən şəhərlərə qovdular. Güclü zəlzələ olanda itkilər buna görə çox olacaq. Almatı 3 milyon insan üçün nəzərdə tutulmayıb”.